İşçi işdən çıxdıqdan sonra işəgötürən onu elektron sistemdən çıxarmazsa, nə edilməlidir?

İşçi işdən çıxdıqdan sonra işəgötürən onu elektron sistemdən çıxarmazsa, nə edilməlidir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də budur ki, “Asan” və “Elektron” imzanın itməsi və ya işəgötürənin məsul şəxsinin ölkədə olmaması səbəbindən əsas iş yeri olaraq çalışan işçinin əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, işçi ilə bağlı həmin proses elektron informasiya sistemində həyata keçirilmir.
Bu halda işçi başqa işəgötürənlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Səbəb işçinin əmək müqaviləsi bildirişinin sistemdə aktiv olmasıdır. Bununla bağlı işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, nazirliyin həmin şəxslərin əmək müqaviləsinə xitam verməyə

hüququ çatmır. Çünki elektron informasiya sistemi işəgötürənin məlumatları əsasında prosesləri tənzimləyən proqram təminatıdır. Bu cür hallarda işçi işəgötürən tərəfindən ləğvetmə prosesinin elektron informasiya sistemində həyata keçirilməsinə nail olmalıdır.
Misal. İşəgötürən 1 may 2020-ci il tarixdən işçinin əmək müqaviləsinə xitam versə də, elektron sistemdən çıxarılmasını təmin etməyib. İşçi ilk növbədə işəgötürənə müraciət etməlidir, əgər işəgötürən işçi ilə bağlı məlumatların elektron sistemdən çıxarılmasını təmin etməzsə, o halda işçi bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) şikayət etməlidir. İşçinin şikayəti əsasında DƏMX-nin nümayəndələri işəgötürənlə bağlı araşdırma aparaq, işçi ilə bağlı məlumatların elektron informasiya sistemindən çıxarılmasını təmin edəcək və işəgötürənə xəbərdarlıq və ya cərimə tətbiq edəcək.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın