Ştat cədvəlinə dəyişiklik necə rəsmiləşdirilir? (Nümünəvi forma)

Ştat cədvəlinə dəyişiklik necə rəsmiləşdirilir? (Nümünəvi forma)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Ştat cədvəlinin və ona dəyişikliklər edilməsinin sənədləşdirilməsi" bölməsindən seçmə

Ştat cədvəlinə dəyişiklik görüntü xatirinə deyil, əsaslandırılmış olmalıdır. Məsələn, hansısa vəzifənin adının ştat cədvəlində dəyişdirilməsi (məsələn, vəzifələrin birləşdirilməsi) işçi üçün əlavə əmək funksiyaları yarada bilər. Bu, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi anlamına gəlir. Tutaq ki, “satıcı-kassir” vəzifəsinin adı məsələn, “satıcı-məsləhətçi” kimi dəyişdirilir. Əgər ştat vahidi vakantdırsa, dəyişikliyi əsaslandırmağa ehtiyac yoxdur.

Yox, əgər satıcı-kassir vəzifəsini tutan işçi varsa və əmək şəraiti şərtlərində hər hansı dəyişiklik olacaqsa, o halda işəgötürənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsi ilə buna hüququ olsa belə, müəyyən prosedur qaydalara əməl olunmalı, işçi gözlənilən dəyişikliyin qüvvəyə minməsindən ən azı bir ay öncə məlumatlandırılmalıdır.

Blank “Alov” MMC
ƏMR
№________

Şirvan şəhəri ____ ___________________2019-cu il

Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

15 mart 2019-cu il tarixdən satışın gözlənilən artımı ilə bağlı Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlunun 1 mart 2019-cu il tarixli xidməti yazısına əsaslanaraq “Alov” MMC-nin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədi ilə
ƏMR EDİRƏM:

1. Cəmiyyətin direktorunun ____ ______ 2019-cu il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2019-cu iş ili üçün Ştat cədvəlinə aşağıdakı qaydada dəyişiklik edilsin:
1.1 Şatış şöbəsinin satış meneceri vəzifəsi aylıq əmək haqqı 350 (üç yüz əlli) manat olmaqla 2 (iki) ştat vahidi artırılsın.
2. Dəyişiklik 15 mart 2019-cu il tarixdən qüvvəyə minsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Nuranə 30 Mart 2021

    Salam.Yeni ştat gəldikdə ştatda olmayan işçinin eyni ştatda olan vəzifəyə gətirilməsi necə rəsmiləşdirilir?

Şərh yazın