İş vaxtının cəmlənmiş uçotunda VACİB MƏQAM: Nahar fasiləsi

İş vaxtının cəmlənmiş uçotunda VACİB MƏQAM: Nahar fasiləsi

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "İş vaxtının uçotu" bölməsindən seçmə

Həmkarlarımızı maraqlandıran məsələrdən biri də, iş vaxtının cəmlənmiş uçotunda nahar fasiləsinin tənzimlənməsi məsələsidir.

Misal. İş vaxtının cəmlənmiş uçotu rejimində çalışan mühafizəçi 12 saat işləyir. Bu zaman onun əmək müqaviləsində nahar fasiləsinə vaxt ayırılmalıdır?

İş vaxtının cəmlənmiş uçotu aparıldıqda nahar fasiləsinin verilməsi üçün xüsusi qaydalar mövcud deyil. İstirahət və nahar üçün fasilə verilərkən Əmək Məcəlləsinin 103-cü maddəsi rəhbər tutulur. Əmək Məcəlləsinin 103-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Bir qayda olaraq, bu halda işçi iş yerini öz mülahizəsi əsasında tərk edə bilmədikdə, Əmək Məcəlləsinin 103-cü maddəsinin 2-ci hissəsi rəhbər tutularaq işəgötürən işçiyə nahar etməyə şərait yaratdığı vaxtı iş vaxtına daxil edərək ödəyir ki, bu hal əmək qanunvericiliyinin tələblərinə uyğundur.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın