İşçi işlədiyi dövrdə kompensasiya alarsa o zaman əlavə məzuniyyətlər nəzərə alınmalıdır?

İşçi işlədiyi dövrdə kompensasiya alarsa o zaman əlavə məzuniyyətlər nəzərə alınmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Həmçinin Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. O səbəbdən də, işəgötürən işçiyə işlədiyi halda istifadə edilməyən məzuniyyətə kompensasiya hesablanayarkən həm əsas, həm də əlavə məzuniyyət günlərini nəzərə almalıdır.

Misal 1. 30 gün əsas məzuniyyət, 6 gün əlavə məzuniyyət hüququ olan işçi əsaslandırılmış səbəblərdən başa çatan iş ili üzrə məzuniyyət hüququndan istifadə edə bilməyib. Cari iş ilində işəgötürən işçiyə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödədikdə, 36 gün (30 (əsas) + 6 (əlavə)) üçün kompensasiya hesablayacaq.
Bir daha qeyd edirik ki, əmək müqaviləsinə xitam halında kompensasiya hesablandıqda isə yalnız əsas məzuniyət günlərinə görə hesablama aparılır.
Misal 2. İşəğötürən 30 gün əsas məzuniyyət, 6 gün əlavə məzuniyyətə hüququ olan işçinin əmək müqaviləsinə xitam verir. Bu zaman işəögötürən son haqq-hesab zamanı istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödədikdə, 36 günə (30 (əsas) + 6 (əlavə)) yox, 30 günlük əsas əsas məzuniyyətə kompensasiya hesablayacaq.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Əli 23 Avqust 2020

    Salam zəhmət olmasa Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) kitabının qiyməti və mündəricatı barədə məlumat verərdiniz.

Şərh yazın