İş vaxtının cəmlənmiş uçotu əmək müqaviləsində necə qeyd edilməlidir? (Nümünəvi forma)

İş vaxtının cəmlənmiş uçotu əmək müqaviləsində necə qeyd edilməlidir? (Nümünəvi forma)

Hazırda satışda olan "A:dan Z-yə Kargüzarlıq" (III nəşr) kitabının "Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası" bölməsindən seçmə

Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
Göründüyü kimi, iş vaxtının cəmlənmiş uçotunda iş vaxtının müddəti 8 saatdan daha çox ola bilər. Adətən iş vaxtının cəmlənmiş uçotu mühafizəçilərə münasibətdə tətbiq edilir.
Bu halda əmək müqaviləsində yazılış aşağıdakı kimi olacaq:

4.26. İşçi iş vaxtının cəmlənmiş uçotu üzrə növbəliliyə əməl olunmaqla gündəlik 12 saat çalışır.
4.27. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saatdır.
4.28. Qeydiyyat (uçot) dövrü illikdir.
4.29. İş vaxtının cəmlənmiş uçotu qaydasında işçinin iş rejimi qrafiki hər ayın sonunda tərtib olunur, həmkarlar ittifaqı ilə razılaşdırılır.
4.30. İşçi qrafiklə imza atmaqla tanış olur və qrafikdəki iş rejiminə uyğun işləməyi öhdəsinə götürür.
4.31. İşçinin iş və istirahət günləri növbəlilik cədvəlinə (qrafikinə) uyğun tənzimlənir.
4.32. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadığından, işəgötürən işçiyə nahar etməyə şərait yaradır.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın