Öz ərizəsi ilə işdən çıxan işçiyə hansı müavinət verilir?

Öz ərizəsi ilə işdən çıxan işçiyə hansı müavinət verilir?

Hazırda satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, işəgötürən işçinin sonuncu iş günündə onunla son haqq-hesab etməlidir. Son haqq-hesab məbləğinə aşağıdakılar daxildir:
- İşçiyə ödənilməli əmək haqqı (son cari iş ayında işlədiyi günlərə görə əmək haqqı);
- İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi;
- Digər ödəmələr (müvavinət, mükafat və s.).

Misal. İşçi öz ərizəsi ilə 18 oktyabr 2019-cu il tarixdə işdən çıxır. İşçinin istifadə edilməmiş məzuniyyət günləri 12 gündür. İşəgötürən son haqq-hesab olaraq işçiyə oktyabr ayının 18-nə qədər işlədiyi günlərə görə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödəməlidir. Öz ərizəsi ilə işdən çıxan işçinin əmək müqaviləsinə xitam verilməsinə görə ona hər hansı müavinət ödənilmir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər