İş vaxtından artıq iş saatlarına görə hansı halda işçiyə əlavə istirahət günləri vermək olmaz?

İş vaxtından artıq iş saatlarına görə hansı halda işçiyə əlavə istirahət günləri vermək olmaz?

Hal-hazırda satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "İş vaxtının uçotu" bölməsindən seçmə

Təcrübədə rast gəlinən məsələlərdən biri də, işəgötürənin iş saatlarından əlavə işə cəlb olunan işçiyə əlavə əmək haqqı ödəmək istəməməsidir.

Misal. İşçi oktyabr ərzində 4 saat əlavə iş saatına cəlb olunsa da, işəgötürən həmin 4 saata görə ikiqat əmək haqqı ödənişi əvəzinə, ona həftənin bir iş günü istirahət verdiyini rəsmiləşdirir. Hətta əmrin verilməsi üçün işçinin razılıq ərizəsi də alınır. İşçinin iş vaxtından artıq işlərin görülməsinə cəlb edilməsinin bu formada rəsmiləşdirilməsi əmək qanunvericiliyinə ziddir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 165-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın