DİQQƏT!!! Pandemiyanın təsirləri Əmək Məcəlləsinin hansı maddələri ilə tənzimlənir?

DİQQƏT!!! Pandemiyanın təsirləri Əmək Məcəlləsinin hansı maddələri ilə tənzimlənir?

"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Karantin rejimdə əmək münasibətləri" bölməsindən seçmə

Mart ayından başlayaraq ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq işəgötürənlər üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. Nazirlər Kabineti tərəfindən bəzi sahələr üzrə işəgötürənlərin fəaliyyəti tam və ya qismən məhdudlaşdırıldığından, işəgötürənlərin maliyyə vəziyyətində ciddi pisləşmələr və işçilərin işləməsində problemlər yaranıb.

Maraqlıdır ki, pandemiya səbəbindən işəgötürənin təqsiri olmadan fəaliyyətin tam və ya qismən dayanması halında əmək münasibətləri Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənməlidir.
Əmək Məcəlləsinin “Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi” adlı 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Göründüyü kimi, maddədə “operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda” ifadəsi olduğundan bu maddə pandemiya ilə əlaqəlidir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın