Hamiləlik və doğumla bağlı müavinətin komissiyasının iclasının protokolu necə tərtib olunur? (NÜMÜNƏVİ FORMA)

Hamiləlik və doğumla bağlı müavinətin komissiyasının iclasının protokolu necə tərtib olunur? (NÜMÜNƏVİ FORMA)

Hazırda satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının  "Müavinətlərin verilməsi prosedurları, onlara tələblər və sənədlərlə rəsmiləşdirilməsi" bölməsindən seçmə

Müavinət komissiyasının iclasında baxılmaq üçün işçi hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmaq və müavinət almaq barədə ərizə yazmalı, xəstəlik vərəqəsini ərizəyə əlavə etməlidir. Belə ərizənin nümunəvi formasını “Məzuniyyətlər” bölməsində təqdim etmişik. Əvvəlcə Müavinət komissiyasının iclasının protokolunun nümunəvi formasına baxaq, sonra əmri nəzərdən keçirərik.

«Alov» MMC-nin
Müavinət komissiyasının iclasının
PROTOKOLU № _____

Saatlı şəhəri ____ ____________2019-cu il
 İştirak edirdilər:
1. Əliyev Adil Camal oğlu (komissiyanın sədri)
2. Qalabəyov Əlimərdan Həsən oğlu (komissiyanın üzvü)
3. Məmmədov Kamil Amil oğlu (komissiyanın üzvü)

İclasın gündəliyi: Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına hamiləlik və doğumla bağlı müavinətin ödənilməsi məsələsi

Eşidildi: Komissiyanın sədri Əliyev Adil Camal oğlu bildirdi ki, Quliyeva Əsmər Qadir qızı 2018-ci ilin fevralından “Alov” MMC-də Kadrlarla iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Təkcə “Alov” MMC-də sosila sığorta stajı 6 aydan çoxdur. Komissiyanın sədri qeyd etdi ki, işçi 27 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun tərtib olunmuş hamiləlik və doğumla bağlı xəstəlik vərəqəsi təqdim edib. Sənədə uyğun olaraq onun sosial məzuniyyəti 126 gün olmalıdır.
Komissiyanın üzvü Qalabəyov Əlimərdan Həsən oğlu söz alaraq bildirdi ki, Quliyeva Əsmər Qadir qızının sənədlərinin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə təqdim etmək üçün heç bir hüquqi maneə yoxdur.
Komissiyanın digər üzvü Məmmədov Kamil Amil oğlu xəstəlik vərəqəsinin arxa hissəsinin müvafiq şöbələr tərəfindən doldurulması və mühasibatlıq tərəfindən işçinin sosial müavinətinin məbləğinin hesablanmasının vacibliyini vurğuladı.

Qərara alındı:
Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən sığortaolunanın 126 (bir yüz iyirmi altı) günlük hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmaq və sosial sığorta ödənişləri hesabına müavinət almaq hüququ var.

Komissiyanın sədri: ___________ Əliyev Adil Camal oğlu
Komissiyanın üzvü: ___________Qalabəyov Əlimərdan Həsən oğlu
Komissiyanın üzvü: ___________Məmmədov Kamil Amil oğlu
————————————————————————————

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

1 Komment

  1. Arzu 20 İyul 2022

    salam.Mən protokol yazmağ istiyirəm uşağın anadan olmasına görə.Zəhmət olmasa mənə köməklik göstərərdiz

Şərh yazın