İşəmuzd əmək haqqı ilə bağlı necə müəyyənləşdirilir? (Nümünəvi ƏMR forması)

İşəmuzd əmək haqqı ilə bağlı necə müəyyənləşdirilir? (Nümünəvi ƏMR forması)

Hal-hazırda satışda olan, Qalib Toğrulun müəllifi olduğu "Karguzarlıq:A-dan Z-yə" kitabının "Əmək müqaviləsi məlumatlarının elektron sistemə daxil edilməsi qaydası" bölməsindən seçmə

İşəmuzdla bağlı başqa bir misala diqqət yetirək:
Misal. İşəgötürən qərar verir ki, 5 ay müddətli sərbəst iş rejimi ilə vergi eksperti vəzifəsi üzrə vakant iş yeri yaradılsın və işçinin vəzifə maaşı 500 manat müəyyən edilsin. Həmçinin əmrdə qeyd edilir ki, işçinin əməyin ödənilməsi işəmuzd olaraq işəgötürənin təqdim etdiyi hesabatların yoxlanılmasına sərf olunacaq hər saata 100 manat əmək haqqı ödəniləcək.
Bu zaman əmrin nümunəvi forması növbəti səhifədəki kimi olacaq:

Blank “Alov” MMC
ӘMR
№________

Bakı şәhәri ____ ___________________2020-ci il

İşçinin işә qәbul olunması haqqında
Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 81-ci maddәsinin 1-ci bәndinә vә Quliyev Rza Әşir oğlu ilә bağlanılmış ___ ________2020-ci il tarixli vә ___№-li әmәk müqavilәsi bildirişinә әsaslanaraq
ӘMR EDİRӘM:

1. Quliyev Rza Әşir oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq ___ __________ 2020-ci il tarixdәn ___ __________ 2020-ci il tarixinə kimi, 5 (beş) ay müddətində “Alov” MMC-yə sərbəst iş rejimi ilə vergi eksperti vәzifәsinә işə qəbul edilsin.
2. İşçi ___ __________ 2020-ci il tarixdәn işə başlasın.
3. İşcinin aylıq vәzifә maaşı ştat cәdvәlinә uyğun olaraq 500 (beş yüz) manat müәyyәnlәşdirilsin.
4. Baş mühasib Əliyev Tapdıq Samir oğlu işçinin sərbəst iş rejimi ilə çalışacağını və hər saatın işəmuzd qiymətinin 100 (bir yüz) manat müəyyən olunduğunu nəzərə alaraq işçinin aylıq əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq hesablanmasını həyata keçirsin.
5. İşçi vəzifə təlimatı ilə tanış edilsin.
6. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
__________ Əliyev T.S.
Tarix: ________
__________ Quliyev R.Ә.
Tarix: ________
İşçi ilə bağlı qeyd olunan şərtlərin əmək müqaviləsində əks etdirilməsi aşağıdakı kimi olacaq...

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 

 
 
 

0 Komment

    Şərh yazın