Avans məbləği işçinin əmək haqqının 50 faizindən çox tutula bilər?

Avans məbləği işçinin əmək haqqının 50 faizindən çox tutula bilər?

SABAHDAN SATIŞDA OLACAQ "ƏMƏK QANUNVERİCİLİYİ VƏ ŞƏRHLƏR TOPLUSU 2020" KİTABINDAN SEÇMƏ

“Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Təbii ki, istisna hallarda (alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi və s.) tutulmanın ümumi miqdarının daha çox olmasına qanunvericilik icazə verir. Bəs avans zamanı 50 faizlik limit gözlənilməlidir?

Misal. 1000 manat əmək haqqı alan işçi işəgötürənə müraciət edir ki, ona 1200 manat əmək haqqından avans verilsin və bu məbləğ növbəti 2 ayda bərabər hissələrlə əmək haqqından tutulsun. Deməli, işcidən növbəti 2 ayın hər birində 600 manat tutulacaq ki, bu da onun əmək haqqının 50 faizindən çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi belədir ki, işçi öz vəsaitinin hər hansı şəxsə ödənilməsi ilə bağlı işəğötürənə ərizə ilə müraciət edirsə, bu zaman Məcəlləninin 176-cı maddəsində qeyd edilən məhdudiyyətlər tətbiq olunmamalıdır. Çünki işçi öz iradəsi ilə sərəncamında olan vəsaitin harasa yönəldilməsinə qərar verir. İşəgötürən işçiyə gələcək aylarda hesablanacaq əmək haqqını öncədən ödədiyi halda, tərəflərin razılığı ilə hər aylıq məbləğdən avans şəkildə tutulmaların məbləğinə məhdudiyyət tətbiq olunmayacaq.
Qeyd edək ki, eyni yanaşma işçinin ərizəsi əsasında əmək haqqının daha çox hissəsinin onun hər hansı borcuna (kredit, borc və s.) ödənilməsinə yönəldilməsi zamanı da keçərlidir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrin SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

2 Komment

  1. Eltəkin 15 Noyabr 2021

    Salam, avans zamanı 50 faizlik limit gözlənilməsə , yəni misal üçün işçiyə 60 faiz maaşdan avans verilsə qanunvericiliklə cərimə olunurmu? Və ən pis halda nə gözlənilir ?

  2. Fikret 06 İyul 2022

    Salam men qehremanli Fikret sabir oglu kelbecer rayonundanam eslen Gencede yawayiram kelbecer rayon 55 sayli dovlet yol idaresinde iwleyirem emek haqqim 308 manatdi temiz ezamiyyet puluda vurulanda bi aydan bir 608 manat men ne qeder avans ceke bilerem

Şərh yazın