Pandemiya dövründə fəaliyyəti dayandırılan işəgötürənlərdə əmək münasibətləri necə tənzimlənir?

Pandemiya dövründə fəaliyyəti dayandırılan işəgötürənlərdə əmək münasibətləri necə tənzimlənir?

Sabahdan satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Karantin rejimində əmək münasibətləri" bölməsindən seçmə

Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarında dövlət və özəl təşkilatlar üçün yanaşma fərqlidir. Belə ki, qərarın 1.3-cü bəndində qeyd edilir ki, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın.
Misal 1. Dövlət müəssisəsi qərar verir ki, şəkər xəstəliyi olan işçi 1 aprel 2020-ci il tarixdə 1 ay müddətində işə gəlməsin. Həmin işçi evdən işləməsə belə, onun əmək haqqı ödənilməlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonu daxil olmaqla ölkəmizdə dövlət orqanlarının (qurumlarının) işçilərinin tam fəaliyyəti 31 may 2020-ci ildə, saat 00:00-dan bərpa olunub.
Beləliklə, qeyd oluna şəhər və rayonlarda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması həmin tarixə qədər qüvvədə olub.

Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarında özəl qurumlara yanaşmanın fərqli olduğunu yazmışdıq. Qərarın 1.4-cü maddəsində qeyd edilir ki, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin. Həmçinin qərarın 1.5-ci maddəsində də qeyd edilir ki, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin.
Göründüyü kimi, Nazirlər Kabinetinin qərarında fəaliyyətinə icazə verilən və verilməyən sahələr üzrə əmək münasibətləri fərqləndirilir. Fəaliyyətinə icazə verilməyən sahələrdə işəgötürənlərə ciddi tövsiyə olunur ki, işçilərin əmək haqlarının saxlanılması prosesini həyata keçirsin. Təbii ki, Nazirlər Kabinetinin qərarında dövlət qurumlarında olduğu kimi, özəl sektora işçilərin əmək haqqılarının ödənilməsi mütləq tələb kimi qoyula bilməz. O səbəbdən də, işə gəlməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə CİDDİ TÖVSİYƏ olunur.
Fəaliyyətinə icazə verilən sahələrdə isə mümkün qədər işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilməsi tövsiyə olunur.
Qeyd edək ki, karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi, bütün mümkün hallar nəzərə alınmaqla, ətraflı şəkildə Mks.az-ın digər nəşrində “A-dan Z-yə Kargüzarlıq” kitabında verilib.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrin SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 

1 Komment

  1. Eldəniz 18 Dekabr 2020

    Salam. Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nda adımız olmadığından fəaliyyətimiz 18 yanvar 2021-ci il tarixədək dayandırılıb. Aşağıda qeyd olunan məsələnin qanuni həllinə münasibətiniz bildirməyinizi xahiş edirik: 1. Təşkilatımızda müddətli əmək müqaviləsi ilə çalışan 1 nəfər işçinin müqavilə müddəti 30 dekabr 2020-ci il tarixdə qurtarır. Həmin işçiyə qabaqcadan təşkilatın onunla əmək münasibətlərini davam etdirməyəcəyi rəsmi bildirilmişdir. Fəaliyyətimizin 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək dayandırılmasını nəzərə alaraq Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinin qanuniliyi? 2. Təşkilatın Həmkarlar İttifaqı Təşkilatının sədri ərizə ilə müraciət edərək onu növbəti seçkilər (dekabr 2020) zamanı bu vəzifədən azad edilməsini xahiş edir. Onlayn səsvermənin qanuniliyi? Qabaqcadan təşəkkürümüzü bildiririk.

Şərh yazın