Yenilik!!! Ezamiyyələr də "icaze.e-gov.az" portalına daxil edilməlidir (İZAH)

Yenilik!!! Ezamiyyələr də "icaze.e-gov.az" portalına daxil edilməlidir (İZAH)

Xəbər verildiyi kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri,  Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da 2020-ci il 5 iyul saat 6:00-dan 20 iyul saat 6:00-dək sərt karantin rejimi tətbiq edilən ərazilərə aid olunub.  Qeyd edək ki, indiyə qədər Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq edilirdi və o ərazilər üzrə də xüsusi karantin rejimi 20 iyuladək uzadılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az portalında iş icazələri ilə bağlı ciddi dəyişikliklər həyata keçirir. Artıq işəgötürən işçini ezamiyyəyə göndərəndə mütləq olaraq portalda qeydiyyatdan da keçirməlidir. Bununla bağlı olaraq, portal "ezamiyyə" bölməsi əlavə edilib:

İşəgötürən "ezamiyyə" bölməsinə daxil olduqdan sonra "Yeni ezamiyyə" düyməsini sıxmaqla ezamiyyə haqqında məlumatları daxil etməlidir:

Yeni ezamiyyə bölməsində işçilər, ezamiyyə olunan ərazi, ezamiyyə başlanma və bitmə tarixi və s. göstəricilər daxil edilməlidir:

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrini

GƏLƏN HƏFTƏDƏN SATIŞDA

 

 
 
 

 

0 Komment

    Şərh yazın