icaze.e-gov.az portalından iş icazəsi alınmasında CİDDİ PROBLEM

icaze.e-gov.az portalından iş icazəsi alınmasında CİDDİ PROBLEM

Xəbər verildiyi kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri,  Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da 2020-ci il 5 iyul saat 6:00-dan 20 iyul saat 6:00-dək sərt karantin rejimi tətbiq edilən ərazilərə aid olunub.

Qeyd edək ki, indiyə qədər Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq edilirdi və o ərazilər üzrə də xüsusi karantin rejimi 20 iyuladək uzadılıb.

Mks.az saytının əldə etdiyi məlumata əsasən, fəaliyyətinə icazə verilən sahələr üzrə işəgötürənlər icaze.e-gov.az portalından iş icazəsi almaq istədikdə, portal buna icazə vermir. Çünki icazələrin alınması və monitorinq sistemi 25 iyun 2020-ci ildəki aktiv iş icazəsi sayından əlavə, işçi daxil etməyə məhdudiyyət müəyyənləşdirib.

Nəzərə almaq lazımdır ki, 25 iyun 2020-ci il tarixinədək Goranboy, Göygöl və Mingəçevir şəhərləri,  Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları üzrə sərt karantin rejimi tətbiq edilmədiyi üçün, həmin ərazilərdə çalışanlara iş icazəsi almağa ehtiyac yox idi.

Məsələ ilə bağlı Elektron hökümətin inkişafı mərkəzi icazələrin alınması və monitorinq sistemi ilə əlaqə yaratdıq. Sistemdən bildirdilər ki, həmin məsələlər Operativ Qərargah tərəfindən tənzimləndiyindən əlavə iş icazələrinin aktiv edilməsi səlahiyyətlərinə malik deyillər.

Təəssüf ki, Operativ Qərargahın nömrələri ilə əlaqə saxlamaq mümkün olmadı.

Ümid edirik ki, müvafiq dövlət qurumları işəgötürənlərin yeni ərazilər üçün iş icazəsi alınması problemini qısa müddətdə həll edəcək. Fəaliyyətinə icazə verilən sahələr üzrə işəgötürənlər də, öz növbələrində sahibkarlıq fəaliyyətini həyata keçirməkdə hər hansı ciddi problemlə üzləşməyəcək.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

3 Komment

  1. Yilmaz efe 06 İyul 2020

    Arz ediremki von var ferklenme saadetnamesi var asan imza var hamsini kaydettirmisem portalda kaydiyatimda vardi ama son karara gore cikartiplar ne yapsam alinmir bu barede bene komek lazimdir eger alinmirsa bosuna vergi mukellefi olmanin anlami yok lutfen bu konuyla alakadar yardim

  2. Arif 27 Oktyabr 2020

    Salam yazib size bildimek isdeyirem mene komey edesiniz asan imza tesdiqlenib ama portala duse bilmirem ferqlenmeni almisam pensiyonlunu odemisem amma portala gire bilmirem

  3. Vuqar 16 Dekabr 2020

    Salam.Icaze gov azda elave ishcimi qeydiyat etdikdr bele bir yazi cixir.Bu ne ile elaqelidive nece hell etmek olar.Zehmet olmasa bildirerdiz."Seçilmiş müqavile forması üzre limit teyin olunmamışdır"

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər