E-gov.az-da da qeyd edilən struktur vahidininin yaradılmasın rəsmiləşdirilməsi (ƏMR FORMASI)
Gələn həftədən satışda olacaq "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabından seçmə
Şəkildən göründüyü kimi, struktur vahidinin yaradılması əmrin verilməsinə ehtiyac var. Hesab edək ki, təşkilatımızın ştat cədvəlində “Redaktorluq” adlı yeni struktur vahidi (bölməsi) yaradılmalıdır. İşəgötürən “Redaktorluq” struktur bölməsində (şöbəsində) 1 ştat vahidi olmaqla yeni– “Baş redaktor” adlı vəzifə yaratmaq istəyir Bu halda növbəti səhifədəki formada əmr tərtib etmək lazım gələcək:
Blank “Alov” MMC
ƏMR
№________
Bakı şəhəri ____ _______________2020-ci il
Ştat cədvəlində dəyişiklik edilməsi haqqında
“Alov” MMC-nin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün Ştat cədvəlində aşağıdakı qaydada dəyişiklik edilsin:
2. Ştat cədvəlində “Redaktorluq” adlı yeni struktur vahidi (bölməsi), tam iş yeri norması ilə 1 (bir) ştat vahidi “Baş redaktor” vəzifəsi yaradılsın və vəzifə üzrə aylıq əmək haqqı 800 (səkkiz yüz) manat təyin edilsin.
3. Yeni struktur vahidi ilə bağlı zəruri məlumatlar elektron qaydada “Məşğulluq” alt sisteminə daxil edilsin.
4. Dəyişiklik 15 may 2020-ci il tarixdən qüvvəyə minsin.
5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Tarix: ________
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın