İşəgötürən işçinin razılığı ilə əmək məzuniyyətini gec ödəyə bilər?

İşəgötürən işçinin razılığı ilə əmək məzuniyyətini gec ödəyə bilər?

06 iyul 2020-ci il tarixdən satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" 2020 (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürən əmək müqaviləsin ə qeyd etməklə və ya işçinin rəsmi razılığı ilə məzuniyyət haqqlarını gec ödəyirlər. Qeyd edək ki, əmək və kollektiv müqaviləsinə əmək normalarının pişləşdirilməsini nəzərdə tutmayan hər hansı əlavə şərti qeyd etmək olar. Əmək Məcəlləsinin 140-cı maddəsinin beşinci hissəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir.

Misal. İşçi məzuniyyət dövründə hər hansı sanatoriya və ya xarici ölkəyə istirahət etməyi planlaşdırır, amma işəgötürən ödənişi məzuniyyət başlamadan öncə həyata keçirməyib.
İşçi ilə bağlanan əmək və ya kollektiv müqavilədə məzuniyyət haqqının sonradan yəni növbəti əmək haqqı ilə eyni vaxtda ödənilməsi nəzərdə tutulması artıq işçinin əmək normasının pisləşməsi halı kimi qəbul edilə bilər. Hal-hazırda əmək qanunvericiliyi buna imkan vermir, o səbəbdən də fərdi əmək mübahisələrində məzuniyyət haqqının gec ödənilməsi işəgötürənin səhvi kimi qəbul ediləcək. Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri bu cür hallarda işəgötürənə cərimə tətbiq edə bilər.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

0 Komment

    Şərh yazın