Məzuniyyətin əmsallaşdırılmasında 4 VACİB MƏQAM

Məzuniyyətin əmsallaşdırılmasında 4 VACİB MƏQAM

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabıdan seçmə

Təcrübədə çox rast gəlinir ki, işçilərin əmək haqlarında kütləvi artım olduqdan sonra işçi əmək məzniyyətinə çıxır. İşçinin əmək haqqı 300 manat olduğu halda son iki ayda artım nəticəsində 500 manata çatıb. Bu halda məzuniyyətin hesablanması zamanı orta əmək haqqının əmsallaşdırılması həyata keçirilməlidir. 

Əmsallaşdırılmanın necə aparılması haqqında məlumat verməmişdən öncə onun kimlər tərəfindən tətbiq olunması məsələsinə aydınlıq gətirək. Nazirlər Kabinetinin 25 avqust 2019-cu il tarixli, 137 saylı “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” qərarda qeyd edilir ki, qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesablı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.
Qaydaya uyğun olaraq əmsallaşdırma ilə bağlı vacib məqamlar aşağıdakılardır:
- Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmsallaşdırma MƏCBURİDİR.
- Digər müəssisə, idarə və təşkilatlarda əmsallaşdırma MÜSTƏQİL SURƏTDƏ aparılır;
- Əmsallaşdırma tarif (vəzifə) maaşları KÜTLƏVİ ŞƏKİLDƏ artırıldıqda həyata keçirilir;
- Müəssisələrdə KOLLEKTİV MÜQAVİLƏNİN şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda əmsallaşdırma aparılmalıdır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın