Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir?

Əmək stajına görə əlavə məzuniyyət necə müəyyən edilir?

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabıdan seçmə

Əmək qanunvericiliyinə əsasən, əmək stajı, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və uşaqlı qadınlara görə əlavə məzuniyyətlər nəzərdə tutulur. Öncə əmək stajına görə əlavə məzuniyyət haqqında geniş məlumat təqdim edirik.
Əvvəllər işçinin bir müəssisədə çalışdığı əmək stajına uyğun olaraq, əlavə məzuniyyət müəyyən edilirdi. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. Konstitusiya Məhkəməsi bu qərarını onunla izah edib ki, eyni əsaslara işə qəbul olunmuş, eyni iş vaxtını işləmiş və eyni şəraitdə fəaliyyət göstərmiş, lakin əmək qanunvericiliyində nəzərdə tutulan əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi isə həmin əlavə məzuniyyətdən məhrum olunur. Bundan əlavə, işçilərin bir müəssisədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından asılı olmur.

Deməli, Əmək Məcəlləsinin 116-ci maddəsinə əsasən işçinin ümümi əmək stajına görə əlavə məzuniyyət aşağıdakı kimi tənzimlənir:
- beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
- on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
- on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü.
Misal. “A” MMC-nin rəhbər işçisinin ümümi iş stajı 7 ildir və yeni başladığı təşkilatda cəmi 2 il iş stajı var. Bu zaman işçiyə hesablanan məzuniyyət günü 32 gün (30 (əsas məzuniyyət) + 2 (əmək stajına görə əlavə məzuniyyət) olacaq.
Bir məsələni xüsusi vurğulayaq ki, əmək stajına görə əlavə məzuniyyət hüququ əmək məzuniyyəti 30 gündən yuxarı olan şəxslərə şamil edilmir.

Misal. Məktəb müəllimi vəzifəsində çalışan işçinin ümümi əmək stajı 20 ildir. Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 gün müəyyən edilib. İşçinin 20 il stajı olmasına baxmayaraq, ona 6 təqvim günü müddətində əlavə məzuniyyət tətbiq edilmir. Çünki Əmək Məcəlləsinin 116-cı maddəsinin tələbləri pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə şamil olunmur.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın