Karantin rejimində ən çox tələb olunan sənəd - EZAMİYYƏ ƏMRİ necə hazırlanmalıdır? (Nümünəvi forma)
Yaxın zamanlarda satışda olacaq "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
Bir qayda olaraq təşkilatda aparılan vəzifə bölgüsünə görə, işçinin ezamiyyətə göndərilməsi ilə bağlı xərclərin ilkin smetasını mühasib tərtib edir və onu baş mühasiblə razılaşdırır. Razılaşdırmadan sonra smeta təsdiq olunmaq üçün təşkilatın rəhbərinə təqdim edilir. Ancaq prosedurların sayını azaltmaq və sadələşdirmək məqsədilə təklif edirik ki, xidməti ezamiyyə xərclərinin smetası əmrlə birgə təsdiq olunsun. Smetanın hazırlanmasını isə mühasibatlıq icra edə bilər.
Blank “Alov” MMC
ƏMR
№________
Bakı şəhəri ____ ________________2019-cu il
İşçinin xidməti ezamiyyətə göndərilməsi haqqında
«Alov» MMC ilə “Atəş” MMC arasında bağlanılmış 15 dekabr 2018-ci il tarixli, 156/AS№-li alğı-satqı müqaviləsinə və “Alov” MMC-nin İnformasiya texnologiyları şöbəsinin müdiri Əliyev Nazim Kazım oğlunun “Atəş” MMC-də quraşdırılacaq avadanlıqlara proqram təminatının yazılması zərurəti barədə 12 avqust 2019-cu il tarixli xidməti yazısına uyğun olaraq
ƏMR EDİRƏM:
- «Alov» MMC-nin İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Sadıqov Qabil Cavad oğlu quraşdırılan avadanlıqlara proqram təminatı yazmaq məqsədilə 16 avqust 2019-cu il tarixdən 19 avqust 2019-cu il tarixinə kimi, 4 (dörd) gün müddətinə “Atəş” MMC-nin Quba şəhərində yerləşən zavoduna ezam olunsun.
- İşçinin xidməti ezamiyyət xərclərinin smetası təsdiq olunsun (Smeta əmrə əlavə olunur).
- Baş mühasib Səlimova Sultanə Sabir qızı ezamiyyə xərclərinin smetasına uyğun olaraq işçiyə avans pulunun ödənilməsini həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Qoşma: Ezamiyyə xərclərinin smetası, 1 vərəq, 1 nüsxə.
Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:
Baş mühasib___________Səlimova S.S.
Tarix: _____ _____________
İT şöbəsinin aparıcı mütəxəssisi___________Sadıqov Q.C.
Tarix: _____ _____________
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın