İki və daha çox iş yerində çalışanlar üçün vacib məqam

İki və daha çox iş yerində çalışanlar üçün vacib məqam

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabıdan seçmə

Təcrübədə rast gəlirik ki, bəzi həmkarlarımız əvəzçilik üzrə ayrıca əmək müqaviləsinin lazım olduğunu bildirirlər. Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əsas və ya əlavə (əvəzçilik) üzrə əmək müqaviləsi eyni standart formaya malikdir. Sadəcə, əmək müqaviləsinin 1.2-ci bəndində işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd etmək lazımdır. Əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyatdan keçirilən zaman isə, orada əsas və ya əlavə iş yeri olması haqqında məlumat qeyd edilməlidir.
Yuxarıdakı cədvəldə qeyd etdiyimiz kimi, işçinin yalnız bir əsas iş yeri olmasına icazə verilir. O səbəbdən, əgər işçinin əsas iş yeri üzrə müqaviləsi elektron informasiya sistemində aktivdirsə, o halda başqa işəgötürənin onu əsas iş yeri kimi qeydiyyat salmasına proqram təminatı icazə vermir.

Misal. “A” MMC-də əsas iş yerində çalışan Mahmudov Turanın əmək müqaviləsinə xitam verilib, amma bu haqda elektron informasiya sistemində əmək müqaviləsinin xitamı prossesi aparılmayıb. Mahmudov Turan “B” MMC ilə əmək müqaviləsi imzalamasına baxmayaraq, həmin işəgötürən onu əsas iş yeri kimi elektron informasiya reyestrində qeydiyyatdan keçirə bilmir. Çünki “A” MMC-in elektron informasiya sistemində Mahmudov Turan aktiv işçidir. “A” MMC elektron reyestr sistemində əmək müqaviləsinə xitam verdikdən sonra Mahmudov Turan “B” MMC-də əmək fəaliyyətinə başlaya bilər. O səbəbdən də, əmək müqaviləsinə xitam verilən işçilərə məsləhət görərdik ki, işdən çıxdıqda əmək müqaviləsinə xitamla bağlı bildirişi də işəgötürənlərdən tələb etsinlər.

Misalın davamı kimi hesab edək ki, Mahmudov Turan “C” MMC-də əvəzçilik üzrə əmək müqaviləsi bağlayır. “C” MMC onun üçün əlavə iş yeri hesab olunur. Bu zaman artıq Mahmudov Turanın “A” MMC-nin elektron informasiya sistemində aktiv olması “C” MMC-nin işçini əlavə iş yeri kimi qeydiyyatdan keçirməsinə məhdudiyyət yaratmır.
Fərz edək ki, Turan “D” MMC-də əvəzçilik üzrə əmək müqaviləsi ilə çalışacaq. Bu zaman işçinin “A” MMC-də əsas, “C” MMC-də əlavə iş yeri olaraq elektron informasiya sistemində aktiv olmasının üçüncü şirkətdə əlavə iş yeri üçün qeydiyyatına alınmasına heç bir təsiri yoxdur.
Yekun olaraq bildirək ki, Elektron İnformasiya Sistemində işçinin yalnız bir əsas iş yeri və bir neçə əlavə iş yerində aktiv olmasına hər hansı məhdudiyyət qoyulmur.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər