Mühasibatlıq işçiyə səhvən artıq ödəniş etdikdə hansı müddət tələbini gözləməlidir?

Mühasibatlıq işçiyə səhvən artıq ödəniş etdikdə hansı müddət tələbini gözləməlidir?

Yaxın zamanlarda satışda olacaq "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabıdan seçmə

İşçilərin əmək haqqından tutulan icbari ödənişlər haqqında növbəti səhifələrdə məlumat verəciyik. Bu bölmədə tutulmasına icazə verilən hallar və tutulmaların maksimal məbləği haqqında məlumat verəcəyik. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

...

e) Mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər
Açıqlama: Burda bir məqama diqqət yetirmək lazımdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

Misal: İşəgötürən işçiyə sentyabr ayı üzrə əmək haqqı hesablayarkən 500 manat səhv ödəniş edib. İşəgötürən səhv hesablamadan dekabr ayında məlumatlı olarsa, həmin məbləği tələb edə bilməz. Çünki ödənişdən bir aydan çox vaxt keçib. İşçinin əmək müqaviləsinə xitam verilən zaman belə məsələlərdə diqqətli olmaq lazımdıır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın