31 may 2020-ci il tarixdə qısadılmış iş vaxtı tətbiq edilməlidir?

31 may 2020-ci il tarixdə qısadılmış iş vaxtı tətbiq edilməlidir?

Sonuncu qeyri-iş günləri ilə bağlı saytımıza xeyli suallar daxil olub. Onların hamısını cavablandırmağa çalışmışıq. Bu yazı "31 may 2020-ci il tarixində iş vaxtı bir saat qısaldılmalıdırmı" sualının cavabına həsr olunub. Mks.az saytının ekspertləri həmin suala aydınlıq gətiməyə çalışıblar.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb. Həmin qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. 
Qeyd edək ki, 27 may 2020-ci il tarixi  28 may tarixində qeyd edilən Respublika günündən öncəki günə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinin 108-ci maddəsin əsasən, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Göründüyü kimi, 27 may 2020-ci il tarixdə gündəlik iş saatından asılı olmayaraq, iş vaxtı bir saat azaldılmalıdır. 31 may 2020-ci il tarixi bayramdan öncəyə təsadüf etməməsinə baxmayaraq, qərarda qeyd edilib ki, 2020-ci ilin istehsalat təqvimi dəyişməyəcək.  O səbəbdən də, qısadılmış iş günü olan 27 may iş günü ilə 31 may tarixinin yerləri dəyişdirildiyi üçün, bu gün, yəni 31 may 2020-ci il tarixdə iş saatı bir saat qısaldılmalıdır. 

Hörmətli həmkarlar, 31 may 2020-ci il tarixinin qısadılmış iş günü olmasını həm tabel uçotunda, həm də işçilərin iş vaxtında nəzərə almağı unutmayın.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın