Nazirlikdən maraqlı yanaşma: İşəgötürən pandemiyaya görə işçini işdən çıxarda bilməz

Nazirlikdən maraqlı yanaşma: İşəgötürən pandemiyaya görə işçini işdən çıxarda bilməz

Dəyərli həmkarlar, dövlət işçilərin işdən azad olunmasına nəzarəti necə həyata keçirməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti açıqlama yayıb. Açıqlama haqqında məlumat verməmişdən öncə mks.az saytının bir müşahidəsini çatdırmaq istəyirik. Hazırda kifayət qədər işəgötürən var ki, pandemiyaya görə işçilərini ixtisar etmək məcburiyyətində qalıb. Doğrudur, dövlət pandemiyadan əziyyət çəkən sahələrdə muzdla çalışan işçilərin əmək haqlarının müəyyən hissəsinə maliyyə dəstəyi göstərib. Amma bəzi sahələrin spesifikliyini unutmaq olmaz. Məsələn, turizim sahəsində fəaliyyət göstərən işəgötürənin əvvəllər, tutaq ki, 10 işçiyə ehtiyacı vardı, indi isə işin tamamilə dayanması səbəbindən daxili ehtiyatların və dövlət dəstəyinin köməyi ilə az sayda işçi saxlaya bilir.

Fikrimizcə, dövlət orqanı pandemiya səbəbindən işçiləri ixtisar edən, amma bu cür rəsmiləşdirmə həyata keçirməyən işəgötürənlərə nəzarət etməlidir. Çünki bəzi hallarda işəgötürənlər işçidən öz xahişi ilə işdənçıxma ərizəsi almaqla əmək müqaviləsinə xitam verirlər ki, bu da həmin işçiləri müəyyən imtiyazlardan, ən əsası işsizlikdən sığorta haqqı üzrə ödənişlərdən məhrum edir.

İndi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti açıqlamasını təqdim edirik: "Xidmət pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır. Bununla bağlı olaraq, Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.
Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.

Bu kimi halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.
Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək."

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 
 
 
 

2 Komment

  1. Elsad 31 Avqust 2020

    Emek muqavileme tezyiq altinda qol cekdiribler xeberdarliq edilmeden meni isden azad edibler xahis edirem bu meseleni arasdirasiniz

  2. Novil 13 Yanvar 2021

    Salam.bildiyimiz kimi işçinin nöqsanı olan halda izahat,töhmət və şiddətli töhmət alandan sonra işçini işdən azad etmək olar...mən işlədiyim şirkətdə mənim 1ci nöqsanımda məni işdən çıxarırlar..xahiş edirəm məsləhər verəsiz

Şərh yazın