Gecə vaxtına görə hesablanan əmək haqqı ilə bağlı FƏRQLİ HESABLAMA

Gecə vaxtına görə hesablanan əmək haqqı ilə bağlı FƏRQLİ HESABLAMA

"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Gecə vaxtında iş rejimi iki halda mümkündür: yalnız gecə növbəsində işləyənlər (mühafizəçi, gözətçi və s.) və növbəli iş rejimində işləyənlər (kassirlər, sorğu mərkəzinin əməkdaşları, bəzi dövlət orqanlarının (təcili yardım, polis, fövqalədə hallar və s.) müəyyən işçiləri və s.).
Əvvəlcə gecə növbəsində işləyənlərin əmək haqlarının hesablanması haqqında məlumat verək. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işə əmək haqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilib.
Misal. Marketdə kassir vəzifəsində işləyən işçinin əmək haqqı 500 manatdır. 2019-cu ilin oktyabr ayında 23 iş günü olmasını nəzərə alsaq, işçinin hər saatına düşən əmək haqqı 2,72 manat (500 manat / (23 gün x 8 saat)) təşkil edəcək. İşçinin 5 günlük həftəlik iş rejimində iş saatı saat 17:00-da başlayır və saat 23:00-da bitir. İş saatından göründüyü işçi gecə vaxtı yerinə yetirilən işlərə hər iş günü bir saatını həsr edir. Bu zaman işçinin əmək haqqının hesablanması aşağıdakı qaydada aparılır:

Aylıq əmək haqqı = 23 gün x 8 saatx 2,72 manat + 23 gün x 1 saat x 2,72 manat x 20% = 500+ 12.51= 512, 51 manat.
Sual oluna bilər ki, bu cür iş rejimi növbəli iş rejimi sayılmır, o zaman axşam növbəsi anlayışı bu hala niyə tətbiq olunmur? Ədliyyə və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydiyyata alınan “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” İzahatın 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.
O səbəbdən də, gecə vaxt görülən işləri iki yerə ayırdıq ki, məsələ daha aydın olsun. Bizim misalımızda axşam növbəsi yoxdur, çünki iş rejimimiz çoxnövbəli iş rejimi hesab edilmir.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 
 
 

0 Komment

    Şərh yazın