Dəyişiklik: Biznes mərkəzlərində ofis icarəyə götürən sahibkarlara niyə güzəşt şamil edilmir? (Misallarla izah) (2-ci yazı)

Dəyişiklik: Biznes mərkəzlərində ofis icarəyə götürən sahibkarlara niyə güzəşt şamil edilmir? (Misallarla izah) (2-ci yazı)

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra vergi ödəyiciləri üçün vergi və sosial güzəştlər nəzərdə tutulub. Mks.az-ın ekspertləri "Vergi Məcəlləsi"nə dəyişiklikləri şərh edir.

Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdən biri də, pandemiyadan zərər çəkən vergi ödəyiciləri üçün icarə haqqı üzrə güzəştlərin tətbiq edilməsidir. Bunun üçün Vergi Məcəlləsinə aşağıdakı məzmunda  224.6-cı maddənin əlavə olunması təklif edilir:

“224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.” 

Maddənin tələblərini misalla izah edək:

Misal 1. Vergi Məcəlləsinin 222.5-ci maddəsində fəaliyyəti qeyd edilən  və ictimai iaşə müəssisəsi olan vergi ödəyicisi  fiziki şəxslə 1000 manatlıq icarə müqaviləsi bağlayıb. Vergi ödəyicisi aylıq olaraq ödəmə mənbəyində tutulan 14 faiz, yəni 140 manat vergi məbləğini hesablayaraq fiziki şəxs olan icarədara 860 (1000 -140) manat icarə haqqı ödəyirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik təsdiq olunarsa, vergi ödəyicisi icarədara 860 manat ödəsə də, dövlət büdcəsinə 140 yox, 70 manat (140 manat x 50 faiz) məbləğində ödəmə mənbəyində vergi ödəyəcək. Göründüyü kimi, təklif edilən dəyişikliklər təsdiq olunduqdan sonra vergi ödəyicisi icarə haqqı məbləğinə 70 manat qənaət etmiş olacaq.

Misal 2. Vergi Məcəlləsinin 222.5-ci maddəsində fəaliyyəti qeyd edilən  və tədris mərkəzi olan vergi ödəyicisi  hüquqi şəxs statusunada olan “Xəzər Plaza” biznes mərkəzi ilə 1000 manatlıq icarə müqaviləsi bağlayıb. Vergi Məcəlləsinin tələblərinə əsasən, hüquqi şəxslərdən götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində vergi nəzərdə tutulmur. O səbəbdən də, pandemiyadan zərər çəkən vergi ödəyicinə hər hansı güzəşt tətbiq edilmir və o, eyni qaydada 1000 manat məbləğində icarə haqqı ödəyir.

Misal.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi fiziki şəxsdən 500 manatlıq müqavilə üzrə daşınmaz əmlak icarəyə götürüb. Vergi ödəyicisi daşınmaz əmlaka görə ödəmə mənbəyində 70 manat vergi (500 manat x 14 faiz) hesablayıb. Vergi ödəyicisi növbəti aylarda da ödəmə mənbəyində eyni məbləğdə vergini hesablayaraq dövlət büdcəsinə ödəyəcək. Çünki pərakəndə ticarət fəaliyyəti pandemiyadan zərər çəkən fəaliyyətlərə aid edilməyindən, bu fəaliyyətlə məşğul olanlara ödəmə mənbəyində tutulan vergi məbləği üzrə hər hansı güzəşt tətbiq olunmur.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda 

 
 
 

0 Komment

    Şərh yazın