İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməyə borcludur?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürənlər müvafiq dövlət qurumuna məşğulluqla bağlı hesabatlar təqdim etməlidirlər. “Məşğulluq haqqında” AR Qanununa əsasən, işəgötürənlər aşağıdakı məlumatları verməyə borcludurlar:

1) İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər.
Misal. “A” MMC qərar verir ki, marketinq departamentinin ləğv edilməsi məqsədilə bu bölmədən 5 nəfər və satış departamentindən 2 nəfər işçini ixtisar etsin. Əmək Məcəlləsinin 77-ci “ Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Deməli, artıq “A“ MMC yuxarda qeyd edilən müddətdən az olmayaraq, işçilərin sayının azalması və ştatların ixtisarı ilə bağlı məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Bu formanın tətbiqinin məqsədi odur ki, məşğulluq idarələri işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etsin və onların işlə təmin olunması ilə bağlı işlər görsün.
Bu forma aylıq, rüblük və ya illik təqdim olunmur, yalnız işçilərin sayı və ştatları ixtisar edildikdə verilir.

.....

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər