Rəsmi mövqe: Orta aylıq əmək haqqı necə hesablanmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov əmək qanunvericiliyində orta aylıq əmək haqqının hesablanmasına aydınlıq gətirib: “Əmək Məcəlləsində orta aylıq əmək haqqının hesablanması iki istiqamət üzrə həyata keçirilir. Birincisi, əmək məzuniyyətinin hesablanması zamanı əvvəlki 12 ayın gəlirləri əsas götürülməlidir. İkinci halda, əmək məzuniyyətindən başqa digər hesablamalar zamanı əvvəlki 2 ayın gəlirləri əsas götürülür. Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun orta aylıq əmək haqqının hesablanmasında bir təqvim günü yox, bir iş gününə uyğun hesablama aparılır. Yəni, əvvəlki iki ayın gəlirləri toplanaraq həmin aylara düşən iş günlərinin sayına bölünür. Bu cür hesablamlar təhsil məzuniyyət ilə yanaşı, qanunvericiliklə orta əmək haqqının saxlandığı dövrlərə də şamil olunur.

Amma təcrübədə ən çox sual yaranan hallardan biri də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam zamanı verilən müavinətlər halında orta aylıq əmək haqqının hesablanmasıdır. 2 aylıq müavinət ödəniləcək işçi işdən çıxdığı üçün onun orta aylıq əmək haqqının saxlanıldığı dövr olmur.  Bu zaman sual yaranır ki, Məcəllədə bu cür hallarda orta əmək haqqının hesablanması qaydası olmadığından hesablama necə aparılmalıdır? Nazirlik izahat verir ki, bu halda əvvəlki 2 aylıq gəliri iş günlərinin sayına bölməyə ehtiyac yoxdur. İşçiyə son 2 aydakı qazancı iki aylıq müavinət kimi ödənilməlidir. 3 aylıq müavinət ödənildikdə son iki aylıq qazanc 2-yə bölünməklə, alınan məbləğ 3-ə vurulmalıdır.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Kamal 09 Avqust 2021

    Salam, məhkəmənin qərarı ilə məcburi iş buraxmaya görə 2019-cu il 20 dekabr tarixindən 2021-ci il 04 may tarixinə kimi orta aylıq əməkhaqqı ödənilməlidir qərarı qət edilib. Burada əməkhaqqı hansı qaydada hesablanmalıdır. 01 yanvar 2019-cu il tarixindən 20 dekabr 2019-cu il tarixinə kimi 6801 azn mükafat və əməkhaqqı hesablanıb. Son iki ayın əməkhaqqısı isə hər ayda 517azn +517azn olub. Xahiş edirəm ki, məni məlumatlandırardınız burada məhkəmənin qərarı hansı qaydada həyata keçirilməlidir?

Şərh yazın

Xəbərlər