Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinəti necə hesablanır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Qanunvericiliyin tələbləri nəzərə almaqla, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinəti oxucular üçün asan olması məqsədi ilə aşağıdakı düstur formasına salmışıq:
Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)
Əvvəlki 12 ayın qazancı - müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaq cəmi əmək haqqıdır.
Əvvəlki 12 ayda iş günlərinin sayı - müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.
Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.
Staj və kateqoriyaya görə faiz - əsasnaməyə əsasən, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.
İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq, daha sonra düsturun hər bəndi üzrə konkret informasiya təqdim edəcəyik.
Misal. Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin işçisi, 15 illik stajı olan Əliyev İmran xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən başlayaraq əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək. Əvvəlki 12 ayın qazancının hesablanması: Əliyev İmranın əmək haqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6000 (500 manat x 12 ay) manat olub. Əvvəlki 12 ayda iş günlərin sayının hesablanması: İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:
Sıra            Ay                   İş günlərin sayı
1           Oktyabr 2018          23 gün
2           Noyabr 2018           21 gün
3           Dekabr 2018           20 gün
4           Yanvar 2019           21 gün
5           Fevral 2019            20 gün
6           Mart 2019              15 gün
7          Aprel 2019              22 gün
8          May 2019               21 gün
9          İyun 2019              16 gün
10        İyul 2019               23 gün
11        Avqust 2019           20 gün
12        Sentyabr 2019        21 gün
Cəmi                                243 gün
Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.
Müavinət dövründəki iş günlərin sayının hesablanması Xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) xəstəliyi səbəbindən əmək funksiyasını icra etməyəcək.
Staj və kateqoriyaya görə faizin hesablanması Misalımızda işçinin iş stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.
İndi isə qeyd edilən göstəriciləri düsturda qeyd edək: Müavinətin məbləği = ((6 000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98.76 manat.
Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.
 
 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

6 Komment

  1. [email protected] 27 Avqust 2020

    Salam isci 10 isleyibse nece olacaq veya yuxaridaki numunaye gire tutalim ki isci mart ve aprel ayinda islemeyib ve qazanci yoxdur.Numuneye gore hesablama nece olacaq

  2. Rauf 16 Noyabr 2020

    salam,mənim əmək stajı üzrə 4 il 6 ay stajım var,sosial sığorta üzrə üzrə iə 8 il stajım var,qalan illəri mülkü müqvilə ilə işləmişəm,25 faiz sosial 14 faiz gəlir vergisi həray ödenilib, sosial saytında da görünür 8 il ,covid tutmuşam,mənə xəstəlik vərəqəsi üzrə mənə 60 % düşür əmək haqqı yoxsa 80 faiz,yəni mülkü müqavilədə nəzərə alınmalıdır elə deyilmi?

  3. İlhamə 27 Noyabr 2020

    Salam. Mən bilmək istəyirəmki özəl tibb müəssisəsində işləsən, 20 il iş stajı olan və gəlir vergisi və sosial sığorta vergisi ödəyən işciyə, həmin özəl müəssisənin əmək qabiliyətini müvəqqəti itirmə vərəqəsini qəbul etməmək haqqı varmı? Kadrlar şöbəsi deyirki biz özəl müəssisəyik, massını vermirik. Eger covid 19 olsa vererdim. Zəhmət olmasa cavablandırın, buna onun haqqı varmı?

  4. xezan 08 Avqust 2021

    salam. İs satiji 2 il olana xestelik muavimneti nece faizle hesablanir?

  5. Aynur 12 Mart 2022

    Salam.Menim liste cixanda ayliq emek haqqim 170 manat olub,ve 5 ay listde olmusam.11 il ish stajim var .Muavinet 81 manat yukleyibler ,bu ne derecede duzgundur?

  6. Rovshan 13 İyul 2022

    6 günlük iş rejiminde işleyenin ve 8 il iş stajına göre ne qeder pul hesablanır

Şərh yazın

Xəbərlər