Hansı halda işəgötürən işdənçıxma ərizəsi yazan işçisini bir təqvim ayı işdə saxlaya bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi yuxarıda qeyd edilən 5 haldan fərqli səbəbdən işdən çıxmaq istəyərsə, bu zaman bir təqvim ayı öncədən işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir.
Misal 1: İşçi 1 oktyabr 2019-cu il tarixdə müraciət edir ki, 1 noyabr 2019-cu il tarixdən işdən çıxmaq istəyir. Bu halda artıq işəgötürən işçinin 1 noyabr 2019-cu il tarixdən işdən azad olunması üçün təhvil-təslim işlərini həyata keçirir.

Misal 2. İşçi 1 oktyabr 2019-cu il tarixdə hər hansı səbəb göstərməməklə 15 oktyabr 2019-cu il tarixdən işdən azad olmaq istədiyini bildirir. İşəgötürənin hüququ var ki, ərizədə 15 oktyabr 2019-cu il tarixi qeyd olunsa da, işçinin əmək müqaviləsinə xitamı 31 oktyabr 2019-cu il tarixə rəsmiləşdirsin.
Misal 3. İşçi 1 oktyabr 2019-cu il tarixdə ərizə ilə müraciət edib, amma ərizədə işdənçıxma tarixini qeyd etməyib. Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən, əgər işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
Artıq bu halda işçinin işdən çıxma tarixini Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla işəgötürən müəyyən edir. İşçi mütləq işəgötürən tərəfindən işdən azad olunması tarixi ilə bağlı rəsmi şəkildə xəbərdar olunmalıdır.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər