Əlavə iş saatına görə hər dəfə əmr hazırlanmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov işçinin iş vaxtından artıq işləməsi hallarına da münasibət bildirib: “Əmək Məcəlləsinin 101-ci maddəsində işəgötürənin işçinin hansı müstəsna hallarda  iş vaxtından artıq işlərə cəlb etməsi təsbit olunub. Təcrübədə rast gəlinir ki, işəgötürən işçini əlavə iş saatına cəlb etsə, əsas gətirdiyi hallar Məcəlləninin 101-ci maddəsində qeyd edilən hallarla uyğun gəlmir. Təəssüf ki, İnzibati Xətalar Məcəlləsində işçinin iş vaxtından artıq işləməsi hallarının pozulması ilə bağlı inzibati cərimənin tətbiq olunması ilə bağlı maddə yoxdur. 

Əmək Məcəlləsinin 99-cü maddəsinə əsasən, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Amma işəgötürən işçinin iş vaxtından əlavə iş saatına cəlb etməsi ilə bağlı əmr hazırlamır, çünki əlavə iş vaxtına cəlb etməsi üçün gətirdiyi əsas Əmək Məcəlləsində qeyd edilənlərə uyğun olmalıdır. Bu zaman işəğötürən işçinin iş vaxtının uçotunu aparmalı və dövrün sonunda əlavə iş saatların görə ən azı ikiqat ödəmə hesablamalıdır. Sonda bildirim ki, Əmək Məcəlləsinin 101-ci maddəsinə qeyd edilən müstəsna halların genişləndirilməsi gözlənilmir.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Afət 26 Fevral 2020

    Salam. İşçi öz hesabına 1 ya 2 günlük məzuniyyət götürəndə əmrdə 2 günün tarixi göstərilir? yəni əmrləşdirilməlidir? bir də ki, vəzifə və ya maaş dəyişikliyi olanda əvvəlki müqavilə artıq qüvvədən düşür? bunun sənədləşdirilməsi necə gedir?

Şərh yazın

Xəbərlər