İşəgötürən işləyən işçiyə kompensasiya hesabladıqda əlavə məzuniyyəti nəzərə almalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov işçinin işləyə-işləyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alması halında əlavə məzuniyyətlərin nəzərə alıb-alınmamasına aydınlıq gətirib:Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş  ilində  əmək məzuniyyətindən  istənilən  səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Həmçinin Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. O səbəbdən də, işəgötürən işçiyə işlədiyi halda istifadə edilməyən məzuniyyətə kompensasiya hesablanayarkən həm əsas, həm də əlavə məzuniyyət günləri nəzərə almalıdır. Bir daha xatırladım ki, əmək müqaviləsinə xitam halında kompensasiya hesablandıqda yalnız əsas məzuniyət günlərinə görə hesablanma aparılır.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Ferqane xankisiyeva 17 Dekabr 2022

    Salam gunemuzd isleyen isciler isden cixarken kanpensasiya alma huquqlari var?

Şərh yazın

Xəbərlər