İşçinin əsas və əlavə məzuniyyətindən istifadə halı necə tənzimlənir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Qeyd etdiyimiz kimi, işçilərə əsas məzuniyyətlə yanaşı, əlavə məzuniyyətlərin verilməsi qanunvericilikdə nəzərdə tutulub. İşçinin əsas və əlavə məzuniyyətlərin uçotu necə aparılmalıdır? İşçinin məzuniyyətə göndərilməsi halında əsas və əlavə məzuniyyətlər toplanmalı, yoxsa mütənasiblik gözlənilməlidir?

Misal. “A” MMC-nin işçisinin əsas və əlavə məzuniyyəti müvafiq olaraq 21 gün və 8 gündən ibarətdir. İşçi birinci iş ilində əmək məzuniyyətinin 14 gününü istifadə edib. İkinci iş ilində isə 20 gün istifadə etdiyi halda əsas və əlavə məzuniyyət günləri üzrə qalıq necə tənzimlənməlidir?
Əmək Məcəlləsində əsas və əlavə məzuniyyətdən istifadə ilə bağlı konkretlik olmasa da, fikrimizcə, işçi iş ili üzrə əsas məzuniyyətdən istifadə etdikdən sonra həmin iş ili üzrə əlavə məzuniyyətdən də istifadə etməlidir.
Misalımızda işçi ilk iş ilində 21 günlük əsas məzuniyyətinin 14 gününü istifadə etdiyi halda, ikinci iş ilinə keçən qalıq 7 gün əsas və 8 gün əlavə məzuniyyət günləri olub. İkinci iş il üzrə 21 gün əsas və 8 gün əlavə məzuniyyəti olmasına baxmayaraq, işçi 20 günlük məzuniyyət hüququndan istifadə edərsə, ilk olaraq birinci iş ili üzrə əsas və əlavə məzuniyyət günlərinin istifadəsi yekunlaşmalıdır.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər