İşçi natamam iş vaxtı ilə əsas iş yerində çalışa bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Fikrimizcə, tam və qısaldılmış iş vaxtı haqqında kifayət qədər məlumat verdik. İndi isə işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilən natamam iş vaxtı haqqında vacib məqamlara diqqət yetirək. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Bəzi mütəxəssislər natamam iş vaxtı ilə əlavə iş yerini qarışdırırlar. Onlar hesab edirlər ki, işçi natamam iş vaxtı ilə əsas iş yerində çalışa bilməz. Bu, düzgün fikir deyil, natamam iş vaxtı həm əsas, həm də əlavə iş yerində müəyyən edilə bilər.

Misal 1. İşəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən gündəlik 3 saatlıq natamam iş vaxtı müəyyən edir. Əmək müqaviləsinə əsasən işçinin iş saatı 10:00-dan 13:00-a kimi müəyyən edilir.

Misal 2. İşəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən həftəlik 30 saatlıq natamam iş vaxtı müəyyən edilir. Əmək müqaviləsinə əsasən, işçi həftə ərzində 30 saatlıq iş vaxtı ilə çalışmalıdır, yəni konkret günlər üzrə konkret iş vaxtları müəyyən edilmir.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Zeynal 14 Fevral 2020

    salam.çox sağolun paylaşım üçün.bir sualım var mümkünsə cavablandırın. tutalımki işçi gündəlik 3 saatlıq iş üçün müqavilə bağladı,bəs onda işçi adına ödəlinən DSMF necə ödəniləcək? tam məbləğ yoxsa 3 saata mütənasib olaraq?

Şərh yazın

Xəbərlər