Əmək haqqının ödənilməsi üzrə sistemin 4 misalla izahı

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.
İndi isə vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemlərini misalla izah edək:

Misal 1. İşəğötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçinin əmək haqqı 600 manat təşkil edir və əmək haqqı işçinin aylıq iş vaxtı normasına görə müəyyənləşdirilib. 2019-cu ilin oktyabr ayında 23 iş günü olduğu səbəbdindən işçinin aylıq iş norması 184 saat (23 iş günü x 8 saat) müəyyən edilib. Bu cür yanaşma ilə işçinin həmin aya bir saatlıq əmək haqqı 3,26 manat (600 manat / 184 saat) təşkil edir. Əməyin bu şəkildə ödənilməsi vaxtamuzd hesab edilir.
Misal 2. İşəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsinə bir saat üzrə 20 manat əmək haqqı nəzərdə tutulub. 2019-cu ilin oktyabr ayının iş vaxtı uçotu hesabatına əsasən, işçi ay ərzində 40 saat işləyib. Bu zaman işçinin oktyabr ayı üzrə əmək haqqı 800 (20 manat x 40 saat) manat təşkil edəcək. Bu cür əmək haqqı sistemi də vaxta muzd hesab olunur.
Misal 3. İşəgötürənlə bağlanılmış əmək müqaviləsinə görə işçinin hər doldurduğu kibrit qutusuna görə 0,01 manat ödəniş nəzərdə tutulub. Ay sonundakı hesabata əsasən işçi 50 000 ədəd kibrit qutusunu doldurduğu üçün, ona 500 (50 000 ədəd x 0,01 manat) manat əmək haqqı hesablanır. Bu cür ödəniş sistemi də işəmuzd hesab olunur.
Misal 4. İşəgötürənlə işçi arasında bağlanılmış əmək müqaviləsinə əsasən, vergi sahəsindən yazılacaq kitaba görə icra planı müəyyənləşdirilir. Əmək müqaviləsinə əsasən, işçi işi 3 ay ərzində yekunlaşdıracaq və hər ay işçiyə 1000 manat əmək haqqı olmaqla 3000 manat ödəniş ediləcək. Əmək müqaviləsində işin konkret görülmə vaxtı müəyyən edilir. Sadəcə, işin başlanma və bitmə vaxtı öncədən əmək müqaviləsində öz əksini tapır. Əməyin bu şəkildə ödənişi forması isə, akkord və ya sərbəst formada əməyin ödənilmə sistemi adlanır.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər