İşəgötürən işçinin razılığı ilə onun əmək haqqısını tam olaraq istifadə edə bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov işəgötürənin işçinin avans aldığı məbləğini onun əmək haqqısının tutulmasının maksimum məbləğinə aydınlıq gətirib: “Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Təbii ki, istisna hallarda (alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi və s.)  tutulmanın ümümi miqdarı artıq olmasına qanunvericilik icazə verir.  Fikrimcə, bu cür məhdudiyyətlər işəgötürən tərəfindən aparılan məcburi tutulmalara aid edilir.

Amma işçi öz vəsaitinin hər hansı şəxsə ödənilməsi ilə bağlı işəğötürənə ərizə ilə müraciət edirsə, bu zaman Məcəlləninin 176-ci maddəsində qeyd edilən məhdudiyyətlər tətbiq olunmamalıdır.  Çünki işçi öz iradəsi ilə sərəncamında olan vəsaitin harasa yönəldilməsinə qərar verir. Nazirliyə bu tip suallar çox daxil olur ki, işəgötürən işçinin ərizəsi əsasında əmək haqqının çox hissəsini onun hər hansı borcuna (kredit, borc və s.) ödənilməsinə həyata keçirə bilərmi? Mövqeyimiz budur ki, işçinin razılığı əsasında köcürülən vəsaitə hər hansı məhdudiyyət tətbiq olunmamalıdır.  O cümlədən də, işəgötürən işçiyə gələcək aylarda hesablanacaq əmək haqqı öncədən ödədiyi halda, tərəflərin razılığı ilə hər aylıq məbləğdən avans şəkildə tutulmaların məbləğinə məhdudiyyət tətbiq olunmayacaq.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər