Niyə Əmək Məcəlləsinə işçilərə işlədiyi dövrdə kompensasiya verilməsinə imkan yaradan maddə daxil edildi?

Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya:  Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında işçinin iş dövründə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsinə aydınlıq gətirib: “Təcrübədə rast gəlinən hallardan biri də, işçiyə işlədiyi dövrdə kompensasiya verilməsi hallarıdır. Həmkarlarımız bu cür ödənişlərin verilməsini onunla əsaslandırırlar ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsinə əsasən, işçi müvafiq iş  ilində  əmək məzuniyyətindən  istənilən  səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Fikrimizcə, qeyd edilən maddənin Əmək Məcəlləsinə daxil edilməsində səbəb işçilərin 1990-2005-ci illərdə istifadə etmədiyi uzunmüddətli əmək məzuniyyətinin kompensasiya şəklində verilməsinə şərait yaradılması idi. Qeyd edək ki, 3 mart 2006-cı il tarixli, 77-IIIQD  nömrəli  Azərbaycan Respublikası Qanununu ilə  Əmək Məcəlləsinin 135-ci maddəsi yeni  redaksiyada verilib. Əvvəlki redaksiyada əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağan edilirdi. Hazırda əmək münasibətləri ilə bağlı vəziyyət tamamilə dəyişdiyi üçün, işçinin hər hansı əsas olmadan əmək məzuniyyətindən istifadə etmədiyi halda kompensasiya verilməsi məqsədəuyğun hesab edilir. İşçi əsaslar olduğu halda əmək məzuniyyətindən istifadə etmədiyi hallarda istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya verilməsi kütləvi xarakter daşımamalıdır.”

 Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər