Əbülfəz Məhərrəmovun təqdimatında: Məzuniyyət əmrinin verilməsi zamanı 5 günlük müddət necə tənzimlənir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov Dövlət Əmək Müfəttişliyi Xidmətinin məzuniyyətlə bağlı əmrin verilməsində 5 gün müddətin tənzimlənməsinə aydınlıq gətirib: “Əmək Məcəlləsinin 138-ci maddəsinin ikinci hissəsinə əsasən, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 5 gün öncədən məzuniyyət əmrinin verilməsinə, sadəcə əmr kimi yox, həm də mühasibatlıq bölməsinin hesablamanı həyata keçirməsi üçün məlumat forması kimi baxılmalıdır. Kadrlar şöbəsi tərəfindən 5 gün müddət məsələsinə ciddi riayət olunmalıdır ki, mühasibatlıq bölməsi tərəfindən işçiyə məzuniyyət haqqının ödənilməsində gecikmə olmasın.

İşəgötürən tərəfindən işçinin istisna hallarda qısa müddətli məzuniyyətə buraxılması zamanı müddət məsələsinin pozulması halları baş verə bilər. İşçinin yası düşərsə və ya ailəsində xəstə olarsa, məzuniyyət hüququndan istifadə üçün ərizə təqdim edə bilər. Bu zaman işəgötürənin məzuniyyət əmrinin 5 gün öncədən tərtib olunması tələbini əsas götürərək işçinin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmaması məqsədəuyğun hesab edilmir. Amma bu cür hallar da kütləvi xarakter daşımamalıdır. İşəgötürən qeyd edilən istisna halları nəzərə almaqla, məzuniyyətlə bağlı əmrin 5 gün öncədən verilməsini təmin etməlidir. Kollektiv müqavilələrdə də işin xarakteri ilə əlaqədar olaraq istisna hallar üçün məzuniyyət əmrinin daha gec müddətdə veriməsi nəzərdə tutula bilər. Amma bütün hallarda bu cür rəsmiləşdirmə fərdi əmək mübahisələri yaratmamalıdır.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər