Məzuniyyət haqqı bir neçə aya təsadüf etdiyi halda, icbari ödənişlərin hesablanması qaydası
Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya: Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında bir neçə aya təsadüf edən məzuniyyət haqqının hesablanmasına aydınlıq gətirib: “Təcrübədə rast gəlinən hallardan biri də, işçinin məzuniyyət dövrünün bir necə aya təsadüf etdiyi halda məzuniyyət haqqından icbari ödənişlərin hesablanması ilə bağlıdır. Misal üçün İşçi 10 oktyabr 2019-cu il tarixdə əmək məzuniyyətinə çıxıb və məzuniyyətinin son günü kimi 10 noyabr 2019-cu il tarixi müəyyən edilib. Bu zaman işçinin 10 oktyabrdan 31 oktyabra kimi hesablanan məzuniyyət haqqı oktyabr ayının əmək haqqının üzərinə gələcək. 1-20 noyabr 2019-cu il tarixləri üzrə hesablanan məzuniyyət haqqı isə noyabr ayının əmək haqqına əlavə olunacaq. İşəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı ilə hesabatlarda işçinin hər ay üzrə işlədiyi günlərə görə aldığı əmək haqqı və məzuniyyət ödənişləri cəmlənməlidir. Baxmayaraq k, işəgötürən işçiyə məzuniyyət haqqını tam olaraq oktyabr ayında həyata keçiriib.
İcbari ödənişlərin hesablanmasına gəlincə icə, fikrimizi misalın davamında izah etməyə çalışacaq. İşçinin məzuniyyət haqqı 3000 manat təşkil edir ki, onun 2000 və 1000 manatı müvafiq olaraq oktyabr və noyabr aylarına düşən məzuniyyət günlərinə aiddir. İşçinin oktyabr və noyabrda işlədiyi günlər üzrə əmək haqqı isə müvafiq olaraq 600 manat və 1400 manat təşkil edib.
İşçinin oktyabr ayı üzrə məzuniyyət haqqı nəzərə alınmaqla əmək haqqı 2600 manat (600 manat (əmək haqqı) + 2000 manat (məzuniyyət haqqı) təşkil etdiyi halda, noyabr ayında 2400 manat (1400 manat (əmək haqqı) + 1000 manat (məzuniyyət haqqı)) olacaq. Əgər işçi dövlət və ya neft-qaz sektoruna aid müəssisədə çalışarsa, oktyabr ayında cəmi gəlirləri 2500 manatı keçdiyinə görə 102.1.6-ci maddəyə əsasən, 200 manat güzəşt tətbiq olunmayacaq həmçinin, həmçinin 100 manata (2600-2500) tətbiq olunacaq gəlir vergisi dərəcəsi 25 faiz təşkil edəcək. O səbəbdən işçilərin məzuniyyət haqqının bir neçə ayı əhatə etdiyi hallara xüsusi diqqət yetirilməsini tövsiyə edirik.
Qeyri-dövlət, neft-qaz sektoruna aid edilməyən müəssisələrdə 8000 manatadək əmək haqqının gəlir vergisindən azad olunmasına baxmayaraq, vergi orqanlarına təqdim edilən bəyannamələrdə aylar üzrə bölgü düzgün həyata keçirilməlidir ki, gələcəkdə hər hansı kameral uyğunsuzluq məktubuna ehtiyac olmasın. Çünki, bir neçə ayı əhatə edən əmək haqqının bir ayda qeyd edilməsi nəticəsində növbəti ayın əmək haqqı süni olaraq azaldırılır ki, bu da vergi orqanlarında suallar yaranmasına səbəb olur. “
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın