Əbülfət Məhərrəmov: "İşəgötürənlər əsasən işçilərin bu cür məzuniyyət hüququndan istifadə etməsindən narazılıq edirdi"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov Dövlət Əmək Müfəttişliyi Xidmətinin məzuniyyətin hissə-hissələrə bölünərək verilməsinə münasibətini bildirib: “Əmək Məcəlləsinin 137-cü maddəsinə əsasən,  Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın.  Bu məsələ ilə bağlı işəgötürənlər tərəfindən Nazirliyiə müraciət olunurdu ki, işçi 14 günlük məzuniyyət hüququndan istifadə etdikdən sonra, qalan günləri qısa müddətli məzuniyyəti kimi rəsmiləşdirirlər.

Əsasən də işçilər məzuniyyət hüququndan istifadə zamanı 1-5 günlük müddəti əhatə edən iş günlərini qeyd edirlər. Nəzərə alsaq ki, məzuniyyətin dövrü təqvim günü ilə hesablandığı üçün bu cür hal işəgötürənlərin haqlı narazılığına səbəb olur. Nəticədə işçinin istifadə etdiyi məzuniyyət günlərin çox hissəsi iş gününə təsadüf edirdi. O səbəbdən də, Əmək Məcəlləsinə məzuniyyətin verilməsi zamanı işəgötürənin razılığıni olması da tələb kimi əlavə olundu. Yəni, işçi ərizə ilə müraciət etdiyi halda işəgötürənin də məzuniyyət hüququ verməmək səlahiyyəti var. Nazirliyin siyasəti odur ki, işçi məzuniyyət hüququndan istifadə etməklə tam istirahət etməlidir.  O səbəbdən də, Əmək Məcəlləsi məzuniyyətin bir dövrünün ən azı iki təqvim həftəsindən az olmaması tələbi qoyub. Fikrimizcə, qisa müddətli məzuniyyət işçinin əmək qabiliyyətini tam bərpa etmir. İşçi ən azı 14 gün işdən uzaqlaşmalıdır ki, normal istirahət etsin. Əmək Məcəlləsinə gələcəkdə ediləcək dəyişikliklərdə iki həftə tələbi üzrə hər hansı azalma nəzərdə tutulmayıb.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər