Anar Bayramov: “İşçinin məzuniyyətdən geri çağırılması zamanı bu cür rəsmiləşdirilmə Əmək Məcəlləsinin tələblərinə ziddir”
Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya: Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında işçinin məzuniyyətdən geri cağırılması hallarına aydınlıq gətirib: “Təcrübədə işəgötürən tərəfindən işçilərin əmək məzuniyyətindən geri çağırılma halları baş verir. Əmək Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, işəgötürən müstəsna hallarda (istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması və təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda) işçinin razılığı ilə onu məzuniyyətdən geri çağıra bilər. Bəzi hallarda işçi ərizə ilə müraciət edir ki, işəgötürən onu məzuniyyətdən geri cağırsın. Bu cür rəsmiləşdirmə Əmək Məcəlləsinin tələblərinə ziddidir. Cünki, məzuniyyətdən geri cağırılma üçün əsas Əmək Məcəlləsinin 137-ci maddəsində qeyd edilən hallar hesab olunur.
Əmək Məcəlləsinin 137-ci maddəsinin üçünçü hissəsinə əsasən, məzuniyyətdən geri çağırılan işçinin məzuniyyət haqqının hesablanmasında iki variant təklif edilir:
- Əmək məzuniyyətindən geri çağırılan işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənişsiz əlavə istirahət günləri (əvəzgün) əldə edir;
- İşəgötürən əmək məzuniyyətindən geri çağırdığı işçidən istifadə etmədiyi günlərə görə əvvəlcədən ödənilmiş məzuniyyət haqqını tutur.
Göründüyü kimi, məzuniyyətdən geri çağırma halında istifadə edilməmiş günlərə görə işçiyə kompensasiya hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb. Təəssüf ki, bir çox təşkilatlarda məzuniyyətdən geri çağırma zamanı qalıq məzuniyyəti işçiyə kompensasiya kimi hesablayırlar ki, bu da qanunun tələblərinə ziddir.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın