İşçi əmək funksiyasını pozduğu hansı hallarda işdən azad edilə bilər?
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Təcrübədə işəgötürən tərəfindən əmək müqaviləsinə verilməsi hallarından ən çox rast gəlinəniişçinin əmək funksiyasının yerinə yetirə bilməməsidir.
Misal. İşəgötürən satış göstəricilərinin artmasından sonra sınaq müddəti təyin edilməklə işə 5 yeni işçi qəbul edir. Əgər yeni işçilər sınaq müddətində əmək funksiyalarını və tapşırıqları vaxtında və keyfiyyətli icra etməsələr, onların əmək müqavilələrinə artıq bu maddə ilə yox, sınaq müddətində özünü doğrultmadığına görə xitam verilə bilər.
İndi isə fərz edək ki, işə qəbul olunan 5 işçidən 3-ü sınaq müddətində özünü doğruldub. Müəyyən müddətdən sonra bir işçinin satış göstəriciləri işəgötürəni qane etmir. Bu halda işəgötürən işçini əmək funksiyasını yerinə yetirə bilmədiyi halda işdən azad edə bilər?
Fikrimizcə, işəgötürən müəyyən prosedurlar aparılmadan işçini satış göstəriciləri zəif olması səbəbindən azad edə bilməz. Mümkündür ki, işçinin əvvəlki dövrlərdə satış göstəricilərin zəif olub, amma bununla bağlı hər hansı rəsmiləşdirmə aparılmadığından faktı sübut etmək mümkün deyil.
Ümumiyyətlə, işə götürülən satış işçiləri üçün hədəflərin müəyyən olunması və işçilərin onunla tanış edilməsi məqsədəuyğundur. Təbii ki, hədəflərin müəyyən olunması da ədalətli olmalıdır. İşçi hədəfə çatmadığı halda, işəgötürən tərəfindən ona satış göstəricilərin yaxşılaşdırılması haqqında xəbərdarlıq məktublarının verilməsi məqsədəuyğundur.
Əgər işçi işinin keyfiyyətini yüksəltməməklə yanaşı, üstəlik intizam xətası da törədərsə, ona intizam təhbehi elan oluna və daha sonra əmək müqaviləsinə xitam verilə bilər. İşəgötürən tərəfindən birbaşa əmək funksiyasının yerinə yetirmədiyi səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi gələcəkdə fərdi əmək mübahisələrinin yaranmasına səbəb olur ki, əksər hallarda da məhkəmə və DƏMX düzgün sənədləşmə olmadığı üçün işçinin xeyrinə qərar verir.
Təşkilatımızın digər nəşrində - “A-dan Z-yə Kargüzarlıq” kitabında sınaq müddəti ilə işə götürülən işçinin qiymətləndirilməsi üçün “Fərdi iş planı”nın tərtibi, qoyulan hədəflərə nail olmayan işçinin işdən azad olunması ilə bağlı digər sənədlərin – aktın, xidməti yazının, xəbərdarlıq məktubunun və əmrin nümunəvi formaları verilib. Adıçəkilən kitabda işçinin işdən azad olunması ilə bağlı bütün hallar nəzərdən keçirilib və belə halların nümunəvi sənədlərin köməyi ilə rəsmiləşdirilməsi əks etdirilib.
Sonda bir məsələni də qeyd edək ki, işəgötürən tərəfindən verilmiş intizam tənbehindən altı ay keçdikdən sonra o, öz hüquqi əhəmiyyətini itirir. İntizam tənbehi ilə bağlı geniş məlumat, “İntizam təhbehi” bölməsində tapa bilərsiniz.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın