İşçinin məzuniyyəti qeyri-iş günündə başlaya bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov məzuniyyətin qeyri-iş günü başlaya bilməsi ehtimalı haqqında suala cavab verib: “Nazirliyə bu tipdə müraciətlər daxil olub. Müraciətlərə cavab olaraq bildiririk ki, Əmək Məcəlləsinin 138-cü maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. İşçi məzuniyyət hüququndan ərizə yazmaqla istifadə edir. Əmək Məcəlləsində məzuniyyətin iş və ya qeyri-iş günü başlaması ilə bağlı hər hansı norma müəyyən edilməyib. Misal üçün Məcəllədə qeyd edilir ki, işçinin işə başlama tarixi qeyri-iş gününə təsadüf edərsə, o zaman növbəti iş günündə işə çıxmalıdır.

İşçi ərz edirsə ki, qeyri-iş gündən başlayaraq məzuniyyət hüququndan istifadə etmək istəyirəm, o zaman işəgötürən bunu təmin etməlidir. İşçi məzuniyyətə çıxmadan özü üçün hesablama aparır ki, məzuniyyətin hansı tarixdən başlaması və bitməsi onun gəlirlərinə necə təsir edir.  Əmək Məcəlləsi də işçiyə məzuniyyət hüququndan istifadə üçün ərizədə istədiyi vaxtı müəyyən etmək hüququnu verib. Nazirlik olaraq izahat veririk ki, məzuniyətin müddətinin təqvim günləri müəyyən edilməsi , həmin müddətə iş və qeyri-iş günlər aid olunması səbəbindən məzuniyyətin başlanması istənilən təqvim günündən, o cümlədən qeyri-iş günündən reallaşdırıla bilər. Dövlət Əmək Müfəttişliyi Xidməti işçiyə işçinin məzuniyyətinin qeyri-iş günündə başlamasına görə işəgötürənə cərimə tətbiq edə bilməz. ”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər