İşçi əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirdikdə, proses necə tənzimlənməlidir?

Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya:  Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında işçi əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirdikdə məzuniyyət dövrünün necə hesablanmasına aydınlıq gətirib: “Təcrübədə rast gəldiyimiz hallardan biri də, işçinin əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin itirilməsi hallarıdır. Misal üçün, işçi 30 günlük əmək məziniyyəti hüququndan istifadə edir, amma məzuniyyətinin 10-cü günündə 5 günlük əmək qabiliyyətini müvəqqəti itirir. Həm Əmək Məcəlləsinə, həm də Nazirlər Kabinetinin 189 saylı qaydasına əsasən, əmək məzuniyyəti dövründə əmək qabiliyyətinin itirilməsinə görə müavinət birmənalı olaraq ödənilməlidir. Amma məzuniyyətin əmək qabiliyyətinin itirilməsi müddəti qədər uzadılması ilə bağlı konkret tələb yoxdur.

Fikrimizcə, həmin dövr qədər məzuniyyət müddətinin uzadılması və ya başqa tarixə keçirilməsi artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun həyata keçirilməlidir. Digər hal da mümkündür ki, işçinin əmək məzuniyyətinin bitməsinə 3 gün qalmış o, əmək qabiliyyətini 7 gün itsin. Bu zaman artıq işçi əmək qabiliyyətini bərpa etdikdən sonra işə çıxmalıdır.

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər