Əbülfət Məhərrəmovun təqdimatında: Əmsallaşdırma üçün hansı hallar kütləvi artım hesab edilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov məzuniyyətin hesablanması zamanı əmsallaşdırmanın tətbiqi üçün əsas olan kütləvi artım məsələsinə aydınlıq gətirib: “Nazirlər Kabininetin 137 saylı qərarında məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası düsturla verilib. Həmin düstur və qaydada qeyd olunub ki, orta əmək haqqının əmsallaşdırılması kütləvi artım zamanı tətbiq olunur. İstər Əmək Məcəlləsi, istərsə də diğər qanunvericilikdə kütləvı artım anlayışının konkret tərifi yoxdur. Amma Nazirlər Kabinetinin qərarlarında “tarif (vəzifə) maaşlarının kütləvi artımı və ya kütləvi şəkildə artırılması” ifadələri mövcuddur. Əmək haqlarının kütləvi artımı dedikdə, bir qayda olaraq, Prezidentin sərəncamı ilə minimum əmək haqqının artırılması ilə müəssisələrdə işçilərin tarif vəzifə maaşlarının artırılması başa düşülür. Əməyin ödənişi sistemi minimum əmək haqqı sistemi ilə qurulubsa, artım olduqda bütün işçilərin maaşına təsir edir.
Bəzi müəssisələr var ki, minimum əmək haqqının artımı onların işçilərinin əmək haqlarına təsir etmir. Həmin işəgötürən bütün işçilər üzrə inflyasıya və ya qiymət artımı ilə əlaqədər dövri olaraq əmək haqları üzrə tənzimlənmə həyata keçirirlər. Bu cür hallarda əmsallaşdırmanın aparılması labüddür. Amma, bəzən işəgötürənlər rəhbər işçilərin əmək haqlarının yüksək olması səbəbindən yalnız fəhlələrin əmək haqlarında artım edirlər. Maraqlıdır ki, müəyyən kateqoriya üzrə artım olduğu halda əmsallaşdırma aparılmalıdırmı? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, məsələnin həllinə yanaşmamızı diqqətinizə çatdırmaq istəyirəm. Əmək Məcəlləsinin tələblərinə uyğun kollektiv müqavilə və sazışlərdə əmək normalarının yaxşılaşdırılmasına yol verilir. Əmək normalarının yaxşılaşdırılması hər hansı diskrinimasiya yaratmamalıdır. Əgər müəssisə kollektiv müqaviləsində və ya kollektiv müqavilə olmadıqda əmək müqaviləsində bilavistə Əmək Məcəlləsinin ikinci maddəsinin ikinci hissəsin tələblərini, yəni əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarının müəyyən edilməsini nəzərə almalıdır. Əgər işəgötürən kollektiv və ya əmək müqaviləsində qeyd etsə ki, müəssisədə qiymətlərin və ya inflyasiyanin artımı ilə əlaqədar olaraq müəyyən kateqoriya işçilərin (ayrı-ayrı işçilər nəzərdə tutulmur) əməyinin ödənilməsi tənzimlənərsə, bu halda məzuniyyətin əmsallaşdırılması həyata keçiriləcək.
Nazirlik olaraq, qeyd etdiyimiz proses həyata keçirildikdə həmin işçilərin əmək haqlarının əmsallaşdırılmasına etiraz etməyəcəyik, cünki əməyin norması pisləşdirilməyib, müəssisədaxili qaydalarda nəzərdə tutulub və Əmək Məcəlləsinə ziddiyyət yaratmır. Ümumilikdə yanaşma budur ki, kütləvi artım dedikdə, əməyin ödənişi sistemi ilə bütün işçilərin əmək haqlarının artması nəzərdə tutulur. Əgər işçinin (və ya işçilərin) fərdi keyfiyyətləri ilə bağlı əmək haqlarında artım olursa (yüksək vəzifəyə keçirmə, vəzifəsində saxlanılmaqla müsbət göstəricilərinə görə artım və s.) məzuniyyətin əmsallaşdırılmasını qanunvericiliyə uyğun hesab etmirik.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın