Ümumxalq hüzn və ya səsvermə günü məzuniyyət dövrünə təsadüf edərsə, məzuniyyət günləri uzadılır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun və “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramovun bu məsələ ilə bağlı mövqeyini təqdim edirik.
Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya: Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məsələsinə də münasibətini bildirib: “Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Həmkarlarımızın ən çox maraqlandığı məsələrdən biri də səsvermə və ümümxalq hüzn (20 yanvar) gününün məzuniyyət dövrünə təsadüf etdiyi hallarda məzuniyyət günlərinin artırılıb-artırılmaması ilə bağlıdır. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı izahatda ümümxalq hüzn gününün məzuniyyət dövrünə daxil edilməsi nəzərdə tutulsa da, səsvermə günü ilə bağlı hər hansı qeyd edilməyib. Amma fikrimizcə, Məcəllədə yalnız bayram günləri qeyd olunduğu üçün, həm səsvermə, həm də ümümxalq hüzn gününün məzuniyyət dövrünə daxil edilməsi məqsədəuyğun hesab edilmir. Yaxşı olardı ki, Məcəllədə dəyişiklik olunsun, qeyd edilən günlər qədər məzuniyyət günlərinin artırılması rəsmiləşdirilsin.”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov da qeyd edilən məsələyə öz münasibətini bildirib: “Ümumxalq hüzn və səsvermə günü ilə bağlı Əmək Məcəlləsində müvafiq qeydlər yoxdur, amma hazırladığımız dəyişiklikdə əmək məzuniyyətinin həmin günlər qədər uzadılması nəzərdə tutulub. Təcrübədə əmək məzuniyyətinin səsvermə günü yox, ümümxalq hüzn günü qədər uzadılması həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə izahat hazırlayıb. İzahatda Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” adlı, 132 saylı konvensiyasına istinad olunub. Həmin konvensiyada qeyd edilir ki, bayram və digər iş günləri hesab edilməyən qeyri-iş günləri məzuniyyətin dövrünə daxil edilmir. O səbəbdən də, izahatda ümümxalq hüzn günü qədər məzuniyyət müddətinin uzadılması qeyd olunub. Amma bir məsələni də qeyd edim ki, həmin izahat Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyinə görə hüquqi-normativ sənəd hesab olunmur.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı ilə 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adı ödənişsiz seminarda səsləndirilib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
sima Əliyeva 30 Yanvar 2020
“Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Uzun müddətli, məsələn novruz bayramı tətilində işci 5 günün əmək haqqını itirir.Məzuniyyətdə olmasa idi 5 gün dincələrək əmək haqqını tam alacaqdı.Məzuniyyətdə olduğu halda 5 gün uzadılır və 5 günün pulu itirilir Bu barədə fikirinizi bilmək istərdim
Şərh yazın