Əbülfəz Məhərrəmov: "Məzuniyyət günlərinə təsadüf edən bayram günləri ilə bağlı iki fərqli fikir mövcüddür"

Əbülfəz Məhərrəmov: "Məzuniyyət günlərinə təsadüf edən bayram günləri ilə bağlı iki fərqli fikir mövcüddür"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov işçinin məzuniyyət dövrünə bayram günləri təsadüf edildiyi halda, məzuniyyət günlərinin həmin müddət qədər uzadılıb-uzadılmamasına aydınlıq gətirib: “Əmək Məcəlləsinin 114-cü maddəsinin altıncı hissəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Həmin hissə Əmək Məcəlləsinə daxil edilən zaman ilk öncə nəzərdə alımışdıq ki, həmin bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmədiyindən müddət uzadılmalıdır. Amma Əmək Məcəlləsində fərqli qeyd edilsə də, gələcəkdə olan dəyişikliklərdə məzuniyyət müddətinin bayram günləri qədər uzadılmasının nəzərə alınması fikrini qanunvericilikdə qeyd etməyə çalışacıyıq.

Çünki, bəzi mütəxəssislər iddia edirlər  ki, bayram günlərinin məzuniyyətin müddətini uzadılması konkret Əmək Məcəlləsində qeyd olunmadığı üçün həmin müddət sadəcə nəzərə alınmır. Yəni, işçiyə 30 gün məzuniyyət günü verildikdə, həmin dövrdə 5 gün bayram günü olsa da, işçi 30 gündən sonra işə qayıtmalıdır. Amma Beynəlxalq Əmək Təşkilatının Konvensiyasının tələbi və bizim mövqeyimiz odur ki, işçinin 30 gün məzuniyyəti varsa və həmin dövrə 5 gün bayram günləri təsadüf edilirsə, o zaman işçi məziniyyətdə olduğu dövr 35 (30 (məzuniyyət günü) + 5 (bayram günü)) gün olmalıdır.”

Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı ilə 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər