Məzuniyyətin hesablanmasının düsturu necə olmalıdır?

Məzuniyyətin hesablanmasının düsturu necə olmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Məzuniyyətin növləri və rəsmiləşdirilməsi ilə bağlı yetərli məlumat verdik. Bütün növ məzuniyyətlərin sənədləşdirilməsi, müvafiq formalar təşkilatımızın digər bir nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında ətraflı şəkildə nəzərdən keçirilib.
İndi isə, məzuniyyətin hesablanması prosesini nəzərdən keçirək. Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərini nəzərə almaqla əmək məzuniyyətinin hesablanmasını düstur şəklində təqdim edək. Həmin maddədə qeyd olunur ki, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqılarının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) /12 ay/ 30,4 əmsalı) x məzuniyyət müddətinin təqvim günlərinin sayı
Misal. “A” MMC-nin işçisi Qurbanov Rövşən 25 günlük əmək məzuniyyətinə çıxır. İşçinin əvvəlki 12 ayda gəliri 6 000 manat olub. İşçinin məzuniyyət haqqını hesablayaq.
Məzuniyyət haqqı = ((əvvəlki 12 təqvim ayının qazancı) / 12 ay / 30,4 əmsalına) x məzuniyyət müddətinin təqvim günlərinin sayı = ((6000 manat) / 12 ay / 30,4 əmsalına) x 25 gün= 411,18 manat

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

1 Komment

  1. Adil Nifdullayev 25 Yanvar 2020

    Salam.Məzuniyyətdən əvvəlki 12 ayda əmək haqqı artımları olubsa necə hesablanacaq

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər