Əbülfət Məhərrəmov: “Əmək Məcəlləsində dəyişikliklər prosesi uzundur” (5-Cİ YAZI)

Əbülfət Məhərrəmov: “Əmək Məcəlləsində dəyişikliklər prosesi uzundur” (5-Cİ YAZI)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin gecikdirilməsi haqqında məlumat verib: “Hal-hazırda Əmək Məcəlləsində dəyişikliklər haqqında layihə var və Məcəllənin beynəlxalq standartlara uyğunlaşması üçün kifayət qədər yeniliklər gətirmək niyyətindəyik. Bundan əlavə, Əmək Məcəlləsinində edilə dəyişikliklərin Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının tələblərinə uyğunluğu da yoxlanılır. Bu iki kat arasında hər hansı ziddiyəti milli qanunvericiliyə daxil etmək mümkün olmur.

Qeyd etmək istərdim ki, sovet dövründə Əmək Məcəlləsinə işçilərin hüquqlarının müdafiəçisi kimi baxılırdısa, beynəlxalq səviyyədə dövlət, işəgötürən və işçinin hüquqların bərabər qorunması prinspi qorunur. Hal-hazırda ölkəmizdə Əmək Məcəlləsində bu prinsplərin qorunması baxımdan dəyişikliklər hazırlanır. Amma nəzərə almaq lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı və təkmilləşdirdiyi layihə formasına müvafiq dövlət qurumları rəylərini bildirməlidir.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər