Hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur?

Hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

İşçiyə bütün məzuniyyət dövlərində əmək qabiliyyətini itirməsinə görə müavinət hesablanılmır. Əsasnamədə konkret qeyd edilir ki, əmək haqqı saxlanılmadan verilən və ya uşağa qulluq etməkdən ötrü təqdim edilən məzuniyyətlər zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Misal. 3 yaşa qədər uşağa qulluq etmək üçün analıq məzuniyyətinə çıxan işçi həmin dövrdə 20 günlük əmək qabiliyyətini itirir. Bu zaman həmin işçi xəstəlik vərəqəsi təqdim etsə belə, işəgötürən ona müavinət hesablamayacaq.
Misalın davamı olaraq hesab edək ki, işçi sosial məzuniyyətdən 30 oktyabrda qayıtmalıdır. Əgər işçi 28 oktyabrdan 20 günlük əmək qabiliyyətini itirərsə, bu halda 30 oktyabr 2019-cu ildən sonraki 18 gün üçün müavinət hesablanmalıdır.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər