Əbülfət Məhərrəmov: “İşçinin əmək məzuniyyət hüququndan istifadə etməməsi gələcəkdə işəgötürənə ciddi ziyan vura bilər” (1-Cİ YAZI)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov işçilərin məzuniyyət hüququndan istifadə etməməsinə münasibət bildirib: “Əmək Məcəlləsinin 138-ci maddəsininn birinci hissəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Bəzən işçi də məzuniyyət hüququndan istifadə etmək üçün ərizə ilə müraciət etmədiyindən əmək məzuniyyəti hüququndan istifadə etmir. Bir müddətdən məzuniyyət hüququndan istifadə etməyən işçi ilə bağlı bədbəxt hadisə baş verir. İşçi işə gələrkən pilləkəndə yıxılır və məlum olur ki, onun zədəsi ciddi olduğu üçün Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlilik müəyyən edilməlidir.
Komissiya tərəfindən baş verən bədbəxt hadisənin araşdırılması ilə bağlı əmək müfəttişliyinə məlumat göndərilir. Əmək müfəttişliyinin araşdırması zamanı məlum olur ki, işçi son 3 ildə əmək məzuniyyəti hüququndan istifadə etməyib. Müfəttişliyin əməkdaşı tədqiqat aktında qeyd edir ki, baş verən bədbəxt hadisədə müəssisə təqsirkardır. Səbəbini onunla izah edir ki, işçi uzun müddət məzuniyyət hüququndan istifadə etmədiyi üçün, əmək şəraitinin gərgiliyindən və işçinin yorğunluğundan bədbəxt hadisə baş verib. İşgötürən işçini bədbəxt hadisələrdən sığorta etməyibsə, o zaman Əmək Məcəlləsinin tələblərinə əsasən, işciyə zərər görə ödəncləri uzun müddət ödəməlidir. Təbii ki, bu cür ödənclər də işəgötürən kifayət qədər maliyyə itkisinə səbəb olur, həmçinin işəgötürənin imicinə də ciddi mənfi təsir edir. Göründüyünüz kimi, işçinin məzuniyyət hüququndan istifadə etməməsi acı nəticələrə səbəb ola bilər.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın